Azərbaycanda kişi 18 yaşlı arvadını bıçaqladı


Gəncədə 18 yaşlı gənc qadın bıçaqlanıb.

Sozcu.info xəbər verir ki, şəhər sakini Aygün Əmiraslanova bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadın əməliyyat edilib, vəziyyətinin ağır olduğu bildirilir.

Araşdırma zamanı məlum olub ki, onu keçmiş həyat yoldaşı bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Murad Əmiraslanov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır./axar.az/



Oxşar Xəbərlər

Xəbər lenti