30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
13 vətəndaşın 500 min manata yaxın pul və qızılını dələduzluq yolu ilə ələ keçirən şəxsin cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olub.
Sozcu.info xəbər verir ki, "Unikal"ın məlumatına görə, vətəndaşlara özünü Müdafiə Nazirliyinin polkovniki kimi təqdim edən Samir Nəsibov əsasən qızıl alveri ilə məşğul olan şəxslərin etibarından sui-istifadə edərək onları aldadıb. Araşdırmalar zamanı məlum olub ki, Samir Nəsibov polkovnik yox, bərbər işləyir.
İttiham aktına görə, əvvəllər məhkum olunmuş 41 yaşlı Nəsibov Samir Sahib oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham olunur ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə zərərçəkmiş şəxslərə xeyli və külli miqdarda ziyan vurmaqla təkrar dələduzluq edib.
Belə ki, Nəsibov Samir Sahib oğlu özünü nüfuzlu və işgüzar şəxs kimi, həmçinin Gəncə şəhərində etibarlı ticarət əlaqələrinin olması ilə bağlı həqiqətə uyğun olmayan məlumat verməklə həmin əlaqələri vasitəsilə guya qurduğu biznes fəaliyyətinə sərmayə qoyulacağı halda Bakı şəhərindən nağd və daha ucuz qiymətə alınacaq mobil telefon və qızıl- zinyət əşyalarının Gəncə şəhərində "əl krediti" formasında daha baha qiymətə satışını həyata keçirib iki-üç ay ərzində sərmayənin maya dəyəri qədər verilmiş pulu tam geri qaytarıb, ümumilikdə 8 ay ərzində qazanc verəcəyi barədə deməklə bir neçə şəxsi aldadıb. İş görüntüsü yaratmaqla Samir inam və etibar qazanmaq üçün pul vəsaitinin təyinatı və təhvil- təslimi ilə bağlı formal qeydiyyat dəftərləri tərtib edib. O, 2022-ci ilin oktyabr ayından 2023-cu ilin may ayınadək Nemət Dünyamalıyevin 19 min manatını, Nağıyev Anar İsa oğlunun 1400 manatını, Abbasova Aytən Akif qızının 189 qram çəkidə olan 15000 min manatlıq qızıl- zinyət əşyalarını və 10000 min manat dəyərində nağd pulunu, Allahverdiyev Vəzir Eldar oğlunun 2023-cü ilin fevral ayından 2023-cü ilin iyun ayına qədər olan müddət ərzində ümumilikdə 21000 manatını, Eyvazov Heydər Vaqif oğlunun 2022-ci ilin noyabr ayından 2023-cü ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində 41846 manatını, Əhmədov İbrahim Əli oğlunun 06 aprel 2023-cü il tarixdən 2023-cü ilin iyun ayının sonuna qədər olan müddət ərzində 8574 manatını, Musayeva Günel Sabir qızının 2023-cü ilin may ayının əvvəllərindən 2023-cü ilin iyun ayının əvvəllərinə qədər olan müddət ərzində "Moskva Ticarət Mərkəzi"n də ayrı-ayrı vaxtlarda vahid niyyətlə əhatə olunan qəsdlə birinci dəfə 106 qram çəkidə 585 əyarlı 9010 manat dəyərində, ikinci dəfə 163 qram çəkidə 585 əyarlı 13855 manat dəyərində, sonuncu dəfə isə 166,3 qram çəkidə 585 əyarlı 14135 manat dəyərində qızıl- zinyət əşyalarını ondan alıb 37000 manatını, Bağırova Ruhiyə Mirzə qızının 09 may 2023-cü il tarixdən 04 iyun 2023-cü il tarixədək olan müddət ərzində "Moskva Ticarət Mərkəzində 585 ǝyarlı 35145 manat dəyərində qızıl- zinyət əşyalarını, Qədir Nizami oğlu Qəniyevin 12 mart 2023-cü il tarixdən 07 iyun 2023-cü il tarixədək olan müddət ərzində 22730 manat pul vəsaitini, Rəsulov Mürsəl Kamal oğlunun 132000 manat pul vəsaitini, Əlizadə Sabit Zabit oğlunun 2022-ci ilin yanvar ayının əvvəllərindən 11 iyun 2023-cü il tarixədək olan müddət ərzində 180000 manat pul vəsaitini, Nazim Dünyamalıyevin 2022-ci ilin oktyabr ayından 12 iyun 2023-cü il tarixədək olan müddət ərzində 50000 manat pul vəsaitini, Mahmudov Nahid Rövşən oğlunun 06 noyabr 2022-ci il tarixdən 13 iyun 2023-cü il tarixədək olan müddət ərzində 51120 manat pul vəsaitini ələ keçirərək dələduzluq etmişdir.
Qeyd edək ki, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə aparılır.