12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
26-05-2026, 21:18
Bakı Ağır Cinayətlər Məhkəməsində AzTV-nin keçmiş müxbiri, 1984-cü il təvəllüdlü Elmir Məmmədovun barəsindəki cinayət işi üzrə hökm oxunub.
Sozcu.info xəbər verir ki, məhkəmə onu Cinayət Məcəlləsinin 178.3.2-ci, (külli miqdarda dələduzluq etmə) maddəsi ilə təqsirli bilib.
Araşdırmalarla müəyyən edilib ki, Elmir Məmmadov tanışına bildirib ki, müxbir olduğu üçün tender udub və Çindən tenderdəki işləri üçün 2 milyonluq mal vurub. O bu işdə gəlir olmasını vəd edərək 2 nəfərdən külli miqdarda pul alıb. Lakin verdiyi vədi əməl etməyib. Pullarını geri ala bilməyən şəxslər isə hüquq-mühafizə orqanlarına müraciət edib.
Məhkəmə prosesi dövründə şikayətçilər ərizə təqdim edərək artıq Elmir Məmmədovdan şikayətçi olmadıqlarını bildiriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Elmir Məmmədovab5 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin onun cəzası 2 il sınaq müddətinin təyin edilməsi ilə şərti hesab edilib.
Beləliklə E.Məmmədov azadlıqda qalıb.
Bakıvaxtı.az