Tiktokda təhlükəli trendə qoşuldu: həbs olundu


Tiktokda kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.

DİN-in Mətbuat Xidmətindən  Sozcu.info -ya bildirilib ki, polis əməkdaşları tərəfindən social şəbəkələrdə təhlükəli trendə çevrilən bu halla bağlı qəti tədbirlər görülür.

Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini Tiktok social şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Xanlar Ziyadov saxlanılıb.

Tiktok social şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir

Diqqətə çatdırırıq ki, izləyici toplamaq üçün istifadə olunan hərəkətlər insan həyatı və sağlamlığı üçün təhlükə mənbəyidir, vətəndaşları belə əməllərdən çəkinməyə çağırırıq.



Oxşar Xəbərlər

Xəbər lenti