Dünən, 22:26
29-12-2024, 15:22
28-12-2024, 19:14
24-12-2024, 09:46
24-12-2024, 09:32
Home iclasının vaxtı məlum olub.
Sozcu.info xəbər verir ki, Ali Məhkəmədə keçiriləcək proses yanvarın 8-nə təyin edilib.
Şikayət Ali Məhkəmənin hakimi Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.
O, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Qeyd: Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə müdafiəçi və zərərçəkmiş şəxs - mülki iddiaçı tərəfindən verilən apellyasiya ? hökm dəyişdirilib.
Belə ki, 5 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ağırlaşdırılaraq 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından həbs olunub.
Xatırlatma: Zərərçəkmiş qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu tanınır. Birinci instansiya məhkəməsi 15 432, 62 manat məbləğində pulun tutularaq sözügedən Fonda ödənilməsi qərara alıb.
İttihama görə, Həcər Xeyri 2011-ci ildən Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinin Ünvanlı Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsində çalışıb. O, çalışdığı müddət ərzində vətəndaşların pulunu mənimsəyərək onlardan rüşvət alıb.
Pravda.az