28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Şəmkirdə saxlanılan 3 nəfərdən odlu silahlar və narkotik vasitələr aşkarlanıb.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Sozcu.info-ya verilən məlumata görə, Şəmkirdə polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və üzərində odlu silah-sursat saxlayan 41 yaşlı Ruslan Musayev, 36 yaşlı Ramin Adıgözəlov və 35 yaşlı Arzu Əlizadə saxlanılıblar.
R.Musayevdən marixuana, “Kalaşnikov” avtomatı, daraq, 12 ədəd patron, R.Adıgözəlovdan “Makarov” tapançası, sandıqca, 4 ədəd patron, A.Əlizadədən isə 4 kiloqrama yaxın narkotik vasitə tiryək və heroin aşkarlanıb.