28-04-2026, 12:14
22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili qanunsuz sərhəd keçidi ittihamı ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Sozcu.info xəbər verir ki, bu cəza onun büdcə vəsaitlərinin israfına görə əvvəlki 9 illik həbsinə əlavə olunub.
Beləliklə, Saakaşvili ümumilikdə 12 il 6 ay həbsdə qalacaq. Onun həbs müddəti 1 oktyabr 2021-ci ildən hesablanır.
Sabiq prezident 29 sentyabr 2021-ci ildə Ukraynadan gizli şəkildə Gürcüstana qayıtmış, həmin vaxt artıq qiyabi olaraq 6 il həbs cəzasına məhkum edilmişdi. 2022-ci ildən cəzasını “Vivamed” klinikasında çəkir. Eyni zamanda, ona qarşı 7 noyabr 2007-ci il hadisələri ilə bağlı məhkəmə prosesi davam edir.
Report.az