Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib.
Rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib.
Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb.
Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.**qafqazinfo.az