Xocalı və Xocavənddə yanğına səbəb olan şəxslər saxlanılıblar


Avqust ayının 18-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Hurriyyet.az-a bildirilib ki, araşdırmalarla yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

***

Avqustun 18-də Xocalı rayonu Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Sozcu.info-nun xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Bildirilib ki, araşdırmalarla yanğının rayona qonaq gəlmiş 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P.Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.



Oxşar Xəbərlər

Xəbər lenti