Türkiyədə geniş əməliyyat - Məşhur sənətçilər saxlandı


Türkiyə polisi məşhur müğənni İrem Dericini saxlayıb. 

Sozcu.info xəbər verir ki, o, narkotik maddələrin istifadəsində şübhəli bilinir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 38 yaşlı ifaçının Şişlidəki evində axtarış aparıb. 

İ.Dericinin vəkili Ayşe Mermer bildirib ki, ittihamın mahiyyəti barədə hələlik dəqiq məlumat yoxdur.

“İrem Derici ilə birlikdə ifadə vermək üçün polis idarəsinə gedirik. Hazırda işin məzmunu və mahiyyəti ilə bağlı bizə təqdim olunmuş rəsmi bir məlumat yoxdur. Proses dəqiqləşdikdən sonra ictimaiyyətə əlavə məlumat veriləcək”, - vəkil deyib.

Bundan başqa, İstanbul Şəhər Jandarma İdarəsinin Narkotiklərlə Mübarizə Şöbəsi tərəfindən aparılan əməliyyat çərçivəsində İrem Derici ilə yanaşı müğənni və aktyorlar Simge Sağın, Hadisə, Kubilay Aka, Demet Evqar, Berrak Tüzünataç, Özge Özpirinççi, Kaan Yıldırım və Duygu Özaslan kimi tanınmış şəxslər qan nümunəsi götürülməsi üçün polis və jandarma əməkdaşları tərəfindən tibb mərkəzinə aparılıb. 



Oxşar Xəbərlər

Xəbər lenti