Bu gün, 11:07
12-06-2026, 21:58
11-06-2026, 21:19
8-06-2026, 22:05
29-05-2026, 12:03
Prodüser Təranə Səmədovanın cəza müddəti azaldılıb.
Sozcu.info xəbər verir ki, məsələ ilə bağlı aparıcı Lalə Azərtaş "Təsir dairəsi" proqramında danışıb.
O bildirib ki, T.Səmədovanın azadlığa çıxması üçün yenidən məhkəməyə müraciət edəcəklər:
"Təranə Səmədova yenidən həbsxanaya qayıtdı. Amma bu o demək deyil ki, uduzduq. Təranənin həbs müddəti azaldıldı. 6 illik həbs müddəti 5 ilə salındı. Amma bundan da yaxşı olacaq. Təranə yaxın günlərdə azadlığa çıxa bilər".
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təranə Səmədova 6 il müddətində azadlıqdan məhrum edilmişdi.
Yenisabah.az