Türkiyənin hüquq-mühafizə orqanları müğənni Aleyna Tilki, aktrisa İrem Sak, sosial media fenomenləri Danla Bilic və Mümmine Senna Yıldızı saxlayıb.Sozcu.info xəbər verir ki, onlar İstanbulda narkotiklə bağlı aparılan istintaq çərçivəsində tutulublar.Xəbərə görə, əməliyyat İstanbul Respublika Baş Prokurorluğunun rəhbərliyi ilə həyata keçirilib və hüquq-mühafizə orqanları istintaq çərçivəsində bir sıra ünvanlarda axtarışlar aparıblar.Rəsmi qurumlar məsələ ilə bağlı hələlik açıqlama yaymayıb.Mətbuatda yayılan informasiyalara görə, araşdırma davam edir, istintaqın gedişi və hüquqi qiymətləndirmə barədə əlavə məlumatların sonradan açıqlanacağı gözlənilir. (Yenisabah.az)