Gecikən Moskva təyyarəsi Gəncəyə eniş edib -
Yenilənib
Aynişan niyə ana olmaq istəmir?
Bakıda fərqli ünvanlarda 3 nəfərin meyitləri tapıldı
Prezident nəvələri ilə Şahdağda xizək sürdü -
FOTOLAR
Prezidentin Şahdağda səmimi -
Görüntüləri
Kişilərin beyni daha tez qocalır
TƏCİLİ!
Maduro və xanımı bura aparılır
"Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır" -
MÜHÜM AÇIQLAMA
QMİ-dən Həcc ziyarəti ilə bağlı -
Çağırış
“iPhone 18”i gözləyənlərin diqqətinə!
Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq
Əvvəlki
Sonrakı
Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hoteli istifadəyə verilib
23-12-2025, 18:26
Mirmahmud Mirəlioğlunun nəvəsi parkda ölübmüş...
18-12-2025, 11:11
Türkiyə bu müdafiə sistemini Rusiyaya geri qaytarır
18-12-2025, 01:05
Zabitlərin dinc dövrdə həqiqi hərbi xidmət müddəti 6 ay azaldılır
25-11-2025, 15:01
Qəzaya düşən təyyarədəki hərbçilərin sayı bilindi
11-11-2025, 20:04
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
RUSİYA DA ZƏNGƏZUR DƏHLİZİNƏ QARŞI ÇIXIR? - Ərdoğanın Paşinyana görüş şərti Moskvanı hərəkətə gətirdi
“Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin danışıqlarında dəhliz məsələsi müzakirə olunmayıb”. Sozcu.info
xəbər verir ki, bunu “Azadlıq” radiosuna Rusiya baş nazirinin müavini Aleksey Overçuk deyib.
“Bizdə dəhlizlər yoxdur. Biz dəhliz məsələlərini müzakirə etmirik. Cənubi Qafqazda iqtisadi, nəqliyyat əlaqələrinin blokdan çıxarılması müzakirə olunur. Tərələr fikir mübadiləsi edirlər. Danışıqlar pozitiv axarda keçir”,- deyə Overçuk vurğulayıb.
Xatırladaq ki, doqquz aydır Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri Şahin Mustafayev, Mğer Qriqoryan və Aleksey Overçukdan ibarət işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupun fəaliyyətindən məqsəd Cənubi Qafqaz regionunda kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasıdır.
Son aylarda Azərbaycan və Türkiyə prezidentləri Naxçıvanı ölkənin digər əraziləri ilə birləşdirəcək dəhlizin açılması zərurəti barədə bəyanatlar verirlər.
Azərbaycan prezidenti İlham Əliyev ötən ay “CNN Türk” kanalına verdiyi müsahibədə sülh müqaviləsinin imzalanmasını Zəngəzur dəhliz inin açılması ilə əlaqələndirmişdi.
Sentyabrın 19-da Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan deyib ki, Ermənistanın Baş naziri Nikol Paşinyan onunla görüşmək istədiyini bildirib.Ərdoğan bəyan edib ki, bu görüş Ermənistanın Zəngəzur dəhlizi məsələsində atacağı qətiyyətli addımlardan sonra mümkün ola bilər.
Nikol Paşinyan isə dəfələrlə bidlirib ki, dəhliz məsələsi müzakirə olunmur:
“Biz kommunikasiyaların açılmasında çox maraqlıyıq, çünki bunda Ermənistanın blokadanı aradan qaldırması imkanınını görürük. Təəssüf ki, biz 25 ildir belə bir blokadadyıq. Ümid edirik ki, nəticədə biz konkret həll yollarına gəlib çıxacağıq”.
Sentyabrın 20-də erməni tərəfinin dəhliz məsələsinə münasibəti barədə baş nazirin müavini Mğer Qriqoryan da danışıb. Jurnalistlərlə söhbəti zamanı Qriqoryan dəhliz məsələsi müzakirə olunurmu” sualına, “əlbəttə yox” cavabı verib: “
Mən hesab edirəm ki, biz bütün hallarda danışmalıyıq, vəziyyəti stabilləşdirən və regiona sülh gətirən bütün imkanlardan istifadə etməliyik. Regionda infrastruktura gəlincə isə demək istərdim ki, gözə çarpan dəmir yollarıdır. Yəni söhbət vaxtilə mövcud olmuş infrastrukturun bərpasından gedir. Bu mənada burada texniki həllər gözə dəyir. Biz diqqətmizi sərhəd, gömrük, fitosanitar nəzarət kimi yoxlama funksiyalarının hüquqi həllinə yönəltmişik.”
Bu arada İrəvanda keçirilən “Armenian Business Forum” tədbirində iqtisadiyyat naziri Vaan Kerobyan maraqlı bəyanat verib. O deyib ki, Azərbaycan və Türkiyə tərəfindən Ermənistanın blokadasının açılması elə ilk iki ildə Ermənistan iqtisadiyyatının 30 faizlik artımını təmin edə bilər.
Siyasi təhlilçi Şahin Cəfərli isə “AzPolitika.info”-ya bildirib ki, Moskvada qəbul edilmiş 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanat 10 noyabr sənədinin 9-cu maddəsinin icrasına yönəlib.
“Orada baş nazirlərin müavinlərindən ibarət işçi qrupun yaradılması razılaşdırılıb və prioritet məsələ kimi bölgədə avtomobil və dəmir yollarının açılması qeyd olunub”-,
deyə ekspert qeyd edib.
Ş. Cəfərli xatırladır ki, indiyədək Azərbaycan dəhliz məsələsini sürəkli gündəmə gətirib, Prezident İlham Əliyevin demək olar ki, bütün çıxışlarında Zəngəzur dəhlizi vurğusuna rast gəlmək olar: “
Ermənistan hökuməti və şəxsən Nikol Paşinyan isə öz növbəsində hər hansı dəhlizdən söhbət getmədiyini, belə bir dəhlizin yaradılmasına razı olmayacaqlarını dəfələrlə bildirib. Amma indiyədək Rusiya bu “söz dueli”nə rəsmi münasibət bildirməmişdi. Hətta güman olunurdu ki, Zəngəzurdan keçəcək yolun dəhliz statusunda olması Rusiyanın da marağındadır və Bakı həm də bu səbəbdən Ermənistanı sıxışdırıb, basqı altına alır. Çünki koridor statusu o demək olacaq ki, həmin ərazidə Ermənistan hökumətinin nəzarət, müdaxilə imkanları olmayacaq. Yəni dəhlizdə Ermənistanın qanunları işləməyəcək, orada gediş-gəliş rejimi yalnız Rusiya tərəfindən müəyyən olunaraq tənzimlənəcək. Bu isə bölgədə bütün kommunikasiyaları bilavasitə öz nəzarətinə götürmək istəyən Moskva üçün sərfəlidir”.
Təhlilçi vurğulayır ki, Rusiya hazırkı mərhələdə dəqiqləşdirmə ehtiyacı hiss edərək bu mübahisəyə nöqtə qoymaq qərarına gəldi.
"Səbəb Türkiyə tərəfinin dəhliz polemikasına daxil olması və bu məsələyə müdaxiləsi ola bilər. Belə ki, Prezident Rəcəb Tayyib Ərdoğan sentyabrın 19-da BMT Baş Assambleyasının 76-cı sessiyasına və “Türk Evi”nin açılışına qatılmaq üçün Nyu-Yorka yola düşməzdən əvvəl keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın onunla görüşmək istədiyini deyib. Paşinyan bu istəyini Gürcüstanın baş naziri İrakli Qaribaşvili vasitəsilə Ankaraya çatdırıb. Ərdoğan cavabında deyib ki, əgər Nikol Paşinyan onunla görüşmək istəyirsə, müsbət addımlar atmalıdır. O, müsbət addımlar dedikdə əsasən Zəngəzur dəhlizinin açılmasını nəzərdə tutur. R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Azərbaycan-Ermənistan münasibətlərindəki çətinlik Zəngəzur koridorunun açılması ilə aşılmış olar”,
- deyə ekspert fikirlərinə əlavə edib.
Şahin Cəfərli xatırladır ki, Rusiya baş nazirinin müavini Aleksey Overçukun açıqlaması Türkiyə prezidentinin açıqlamasından bir gün sonraya təsadüf edib, bu səbəbdən bunu ilk növbədə Ərdoğana cavab kimi qiymətləndirmək olar: “
Əlbəttə ki, Moskvanın emissarı həm də dəhlizdə israr edən Bakıya cavab vermiş olub. Ümumən Moskva Türkiyənin Azərbaycan və Ermənistan arasındakı sülh quruculuğuna aktiv müdaxiləsinə qarşıdır və prosesdə öz nəzarətini aşındıracaq, zəiflədəcək istənilən təşəbbüsə müqavimət göstərir. Ermənistan-Türkiyə yaxınlaşmasının Gürcüstanın vasitəçiliyi ilə baş verməsi də bu qəbildən olan təşəbbüslərdəndir. Çünki Gürcüstan müstəqil oyunçu deyil, Qərblə sıx əlaqələrə malik olan tərəfdir. İyun ayında Gürcüstanın vasitəçilyi ilə Azərbaycan və Ermənistan arasında həyata keçirilən diversant və mina xəritələrinin mübadiləsi məhz ABŞ və Avropa Birliyinin müdaxiləsi ilə baş tutmuşdu.
Moskva Ermənistan-Türkiyə əlaqələrinin bərpasına prinsipcə, etiraz etmir, sadəcə olaraq, onun iştirakı olmadan cərəyan edəcək ikitərəfli İrəvan-Ankara, İrəvan-Bakı dialoqlarına qarşıdır. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu yaxınlarda keçirdiyi brifinqlərin birində demişdi ki, “biz Ermənistan-Türkiyə əlaqələrinin bərpasına kömək etməyə hazırıq”. Bu sözlərin diplomatik dildən tərcüməsi budur ki, iki ölkə yaxınlaşmaq istəyirsə, bizə müraciət etsin...”.
Oxşar Xəbərlər
Rusiya da Zəngəzur dəhlizinə qarşı çıxır? - Ərdoğanın görüş şərti Moskvanı hərəkətə gətirdi
Üç ölkənin baş nazir müavinləri arasında növbəti görüşün tarixi bəlli olub -
Prezidentlərin görüşündə vacib məqam: “Ermənistan istəməsə də, Zəngəzur dəhlizi açılacaq” - ŞƏRH
“Azərbaycanla sərhəddə gömrük postları yaradılmalıdır” - Paşinyan
Xəbər lenti
Qulaqları eşitməyən ər arvadını döydü, həbs olunmamış amnistiyaya düşdü
Gecikən Moskva təyyarəsi Gəncəyə eniş edib -
Yenilənib
Milli Hidrometeorologiya Xidməti AÇIQLADI:
Yanvarın 4-ü gecə baş verəcək
Öskürəkdən əziyyət çəkənlər bunu oxusun
Aynişan niyə ana olmaq istəmir?
Bakıda fərqli ünvanlarda 3 nəfərin meyitləri tapıldı
Prezident nəvələri ilə Şahdağda xizək sürdü -
FOTOLAR
Prezidentin Şahdağda səmimi -
Görüntüləri
Kişilərin beyni daha tez qocalır
Yanvarda neçə gün iş olmayacaq?
TƏCİLİ!
Maduro və xanımı bura aparılır
Əhaliyə XƏBƏRDARLIQ –
Yanvarın 4-də...
Sabah Bakıya qar yağacaq? -
PROQNOZ
"Prezidentin bu mövqeyi xəbərdarlıq xarakteri daşıyır" -
MÜHÜM AÇIQLAMA
QMİ-dən Həcc ziyarəti ilə bağlı -
Çağırış
Bu ərazilərdə 20⁰-dək şaxta var
“iPhone 18”i gözləyənlərin diqqətinə!
Xərçəng hüceyrələrini tək-tək məhv edən meyvə -
Orqanizmi başdan-ayağa yeniləyir
Azərbaycanlı iş adamı Yeni ildə 3 milyard dollara yaxın pul İTİRDİ
Ölkə üzrə bütün abonentlərin qaz limitləri yeniləndi -
RƏSMİ
Qarlı hava şəraiti nə vaxtadək davam edəcək?
Azərbaycanda bu şəxslər 5 il tez təqaüdə çıxacaqlar
Azərbaycan Pakistana 2 milyardlıq sərmayə qoyacaq
DİQQƏT!
Bu halda məktəblər bağlanacaq, dərslər təxirə salınacaq
Ankara-Bakı reysində dava -
Təyyarədən düşən kimi saxlanıldı
İlham Əliyev və xanımından keçmiş prezidentə başsağlığı
Gəncədə doqquzmərtəbəli binada YANĞIN -
FOTO
Bank hesabınızdakı pulu itirə bilərsiniz -
XƏBƏRDARLIQ
"Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir" -
Namiq Qaraçuxurlu
Pensiyalar bu tarixdən artımla veriləcək
Yanvarda xoşbəxtliyin qapısı yalnız bu BÜRCLƏR üçün açılacaq
Hikmət Hacıyev:
Biz Tramp administrasiyasının tam dəstəyinə malikik
Boyat plovun yenidən isidilib yeyilməsi təhlükəlidir-
XƏBƏRDARLIQ
Hava sabahdan mülayimləşəcək-
Temperatur yüksələcək
Polad Həşimovun doğum günüdür
İlham Əliyev İsveçrə Prezidentinə başsağlığı verib
Bakıda gənc qız dəm qazından öldü - FOTO
Sürücülərin nəzərinə!
Bu qanunlar artıq qüvvədədir -
SİYAHI
Pezeşkian etiraf etdi: xalq haqlıdır
Saatlardır qaz kartlarına pul vurmaq olmur -
Yenilənib
Yanvarın 2-də havanın temperaturu dəyişəcək
Süni intellektin “xaç atası”ndan şok PROQNOZ:
milyonlarla insan 2026-cı ildə işini itirəcək
"Türkan məndən yaxşıca istifadə etdi, şəxsi nömrəsini də BİLMİRƏM"
32 yaşlı kişi bayram gecəsi klubun qarşısında öldürüldü
BDYPİ-dən sürücülərə -
XƏBƏRDARLIQ
Cəlilabadda 17 yaşlı oğlan bıçaqlandı
Kirayə avtomobillərdən istifadə edənlərə xəbərdarlıq
"Məni heç kim pulla hamama çağırmayıb, İFTİRA ATIR"
Kişilərə qətiyyən bu yeni il hədiyyələrini almayın
PRİZMA
Türkiyə şirması raşizmin xidmətində
MÜSAHİBƏ
1
2
3
4
5
6
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
Himnimizin müəllifi kimdir?
-MÜSAHİBƏ
“İnsanın kim olduğu deyil, kim olmağa qərar verdiyi önəmlidir”
- MÜSAHİBƏ
Müxalifətin yeni parlamenti boykot cəhdləri hüquqi nəticə verməyəcək
44 günlük müharibədə ona görə qalib gəldik ki, Rusiya...
TƏHLİL
Qaçaqlarla kimlər və necə işləyib?
– SENSASİON TƏFƏRRÜAT
SOSİAL
1
2
3
4
5
6
Milli Hidrometeorologiya Xidməti AÇIQLADI:
Yanvarın 4-ü gecə baş verəcək
Öskürəkdən əziyyət çəkənlər bunu oxusun
Yanvarda neçə gün iş olmayacaq?
Əhaliyə XƏBƏRDARLIQ –
Yanvarın 4-də...
Sabah Bakıya qar yağacaq? -
PROQNOZ
Bu ərazilərdə 20⁰-dək şaxta var