Növbədənkənar seçkilərin keçirilməsi, dünyada qəbul olunmuş siyasi təcrübədir

Azərbaycan tarixində ilk dəfə Prezident seçkiləri qış ayında keçiriləcək. Həmçinin, bu seçkilər sayca 3-cü növbədənkənar prezident seçkiləri olacaq.
Azərbaycan Prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb. Prezidentin sərəncamına əsasən növbədənkənar prezident seçkisi 2024-cü il fevralın 7-ə təyin olunub. Seçkilər növbədənkənar keçirildiyindənvətəndaşlarımız siyasi iradələrini vaxtından əvvəl ifadə edəcəklər.
Qarabağın azad olunması ilə ilk dəfə Prezident seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Seçkilərdə iştirak etmək üçün dövlət qeydiyyatına alınmış bütünsiyasi partiyalara imkan yaradılıb. Bu yanaşma ölkədə ədalətli rəqabət mühitinin təmin edildiyinin bariz nümunəsidir.
7 fevral 2024-cü ildə keçiriləcək növbədənkənar Prezident seçkilərini Zəfər seçkiləridə adlandırmaq olar.Beləki 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz həm regionda, həm də ölkəmizdə bərpa olundu.
Bununlada Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi.Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Füzulidə, Ağdamda, Qubadlıda, Zəngilanda, Xocavənddə şərəflə dalğalandırdı.
Qalib xalqın Qalib Prezidentinin “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər min bir zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yanında olacaq.
Bu seçkilər Prezident, Müzəffər Ali Baş Komandanİlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz göstəricisidir. Prezident İlham Əliyev bu günə qədər dediyi hər məsələni uğurla həyata keçirib.Xalqın inamını doğruldub. 30 illik Qarabağ həsrətinin bitməsi bir daha bunu sübut etdi.

Ülkər Səlimova 

Suraxanı rayonu, 101 nömrəli tam orta məktəbin Coğrafiya müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}