Uca zirvələrin dahi adamı

Uca zirvələr uzaqdan daha aydın göründüyü kimi,dahi şəxsiyyət olan Heydər Əliyevin böyüklüyünü  illərkeçdikcə daha dərindən dərk edirik. Azərbaycan xalqının keşməkeşli tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər,görkəmli siyasət və dövlət adamları çox olmuşdur,bunlar zaman-zaman gördükləri böyük işləri ilə hətta əməlləri ilə yadda qalmış və unudulmamışdır. Belə tarixi şəxsiyyətlər içərisində Ümumilli lider adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır. Çünki, dövlət xadimlərindən ancaq bu dahi şəxsiyyət milli lider səviyyəsinə yüksəlmişdir. Milli liderliklə siyasi liderlik keyfiyyətlərinin bir dövlət adamında birləşməsi bəşər tarixində nadir rast gəlinən unikal haldır. Ulu öndər bu iki keyfiyyəti ehtiva etməklə bərabər fəaliyyət göstərdiyi bütün digər sahələrdə də özünü məhz birinci şəxs kimi, lider kimi təsdiq etmişdir. Bu dahi insan Azərbaycan xalqının yaddaşında qürurlu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır.
1969-cu ilin 14 iyul tarixində Azərbaycanın siyasi səhnəsində sözün böyük mənasında günəş doğdu.Məhz həmin gün möhtərəm Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəldiyi gündür.Azərbaycan dövlətinin həqiqi inkişafı həmin gündən başlayır. 1993-cü il iyunun 15-i isə müstəqil Azərbaycanın qurtuluş günüdür. Əgər Heydər Əliyev xalqın təkidi ilə Naxçıvandan Bakıya gəlməsəydi və ikinci dəfə Azərbaycana rəhbərlik etməyi öz üzərinə götürməsəydi bu gün dünyanın siyasi xəritəsində azərbaycan respublikası adlı dövlətin mövcudluğu mümkün olmayacaqdır. Xalqımızın tarixi taleyində,mənəvi, siyasi və ictimai həyatında, dövlət quruluşunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o,xalqımızın iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük azərbaycanlı idi.
Heydər Əliyev Azərbaycana qayıdanda ölkə çox ağır durumda idi. Sonralar Ulu Öndər o günləri belə xatırlayır: Eşidəndə ki, mənim doğma vətənim, mənim doğma torpağım dağılır, uzun müddət bu vətənin,ölkənin inkişafına xidmət etmiş bir adam kimi mən bilirəm ki, biz burada nələr etmişik və bu dağılır,şübhəsiz ki, özümü qurban verməli oldum və gəldim,məsuliyyəti öz üzərimə götürdüm.
Hadisələrin sonrakı gedişatı göstərirdi ki, bir tərəfdən vətəndaş müharibəsi, digər tərəfdən isə siyasi hakimiyyət böhranının məngənəsində sıxılan Azərbaycana rəhbərlik etmək məsuliyyətini yalnız Heydər Əliyev öz üzərinə götürə bilər. AR-sı Prezidentinin səlahiyyətlərini Ali Sovetin sədri Heydər Əliyevə keçməsi haqqında 24 iyun 1993-cü il tarixli qərarı ilə hüquqi baxımda təsbit edildi. Bu hadisə kəskin sosial münaqişələr məkanına çevrilmiş, vətəndaş itaətsizliyi şəraitində yaşayan, qoluzorluluğun  və özbaşınalığın tüğyan etdiyi müstəqil dövlətçiliyini itirmək təhlükəsi ilə qarşılaşan Azərbaycanın düşdüyü bəlalardan xilas olunması yolunda mühüm tarixi əhəmiyyət daşıyırdı. Bu dövrdə dünyanın diqqət mərkəzi Azərbaycana yönəlmişdi. Bir-birinin ardınca baş verən ağır siyasi proseslər, millətçi separatçılıq, Azərbaycanın dövlətçiliyini sarsıtmış, onun müstəqilliyini və azadlığını təhlükə altına atmışdı. Belə çıxılmaz siyasi vəziyyətdə bütün bu çətinlikləri yaşadıqdan sonra millət birmənalı şəkildə dərk etdi ki, hər yetəndən lider ola bilməz. Onun özünə layiq rəhbəri olmadan bu fəlakətlərdən xilas ola bilməz. SSRİ kimi nəhəng dövlətin rəhbərlərindən biri olan xalqımızın böyük oğlu Heydər Əliyev Moskvada rahat yaşaya bilərdi. Ancaq o sakitliyi və rahatlığı deyil,vətənin taleyini düşündü. Onun 1990-cı il iyulun 22-də möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Böyük dövlət xadiminin Naxçıvanda gördüyü işləri, Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq,Azərbaycan dövlətçiliyini xilas etmək naminə Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı, Ulu Öndər bütün bu acı hadisələrə laqeyd qala bilməyib Azərbaycan adlı əbədi və həmişəyaşar bir abidə ucaltdı. Bu dahi insan tarixi yazan və yaradan,onu yönəltməyi və fövqündə durmağı bacaran, dövlət idarəçiliyi və siyasi təlimlər elminin müntəxəbatını öz fəaliyyəti ilə diqtə edən nadir şəxsiyyətlərdən biri idi. O,təkcə təsərrüfatçı deyil, həm də sözlərinin çəkisi və sambalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. Buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına,həmkarlarına nisbətən daha güclü idi.
Xeyirxahlıq və alicənablıq, təmkin və səmimiyyət,zəka və diqqət kimi keyfiyyətləri özündə cəmləşdirənHeydər Əliyev uzaqgörən və ağıllı siyasətçi kimi nəyi nə zaman deməyi, hansı addımı nə vaxt atmağı zərgər dəqiqliyi ilə bacarırdı. Ulu Öndər qeyd edirdi ki, ”biz nazik sapın üstü ilə gedirik, odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki,Azərbaycanın milli mənafeləri müdafiə olunsun”. Hər zaman xalqını düşünən Ulu Öndər Heydər Əliyev 2003-cü il oktyabrın 1-də xalqa müraciət edərkən bildirmişdir:Sizi mənim siyasi varisim, Yeni Azərbaycan Partiyasının 1-ci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, İlham Əliyev mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları sizin köməyiniz və dəstəyinizlə başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm. Doğurdan da Bütöv Azərbaycan xalqını bir yumruq kimi birləşdirərək xalqın ona olan etimadını doğruldan dövlətimizin başçısı İlham Əliyev 30 ilin nisgilinə son qoydu. Ərazi bütövlüyümüzü təmin etdi, artıq ”Dağlıq Qarabağ münaqişəsi”termini yoxdur deyə ordumuzun gücü,qüdrəti sayəsində 44 gün ərzində Azərbaycanın hərbi-siyasi qələbəsini elan etdi. 2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsi Ermənistanınkapitulyasiyasının təsdiqi olan Bəyanatın imzalanmasıilə nəticələndi. Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı-Zəfər tarixini.Şübhəsiz, illərin uğurlarını bir yazı çərçivəsində əhatə etmək qeyri-mümkündür. Ən böyük uğurumuz tarixi torpaqlarımıza “Böyük Qayıdış” oldu. Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev çoxəsrlik tariximi ”Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” deyərək Zəfər Gününü yazdı.
Bu da bir həqiqətdir ki, dünyada tanınan, sevilən,şəxsiyyətinə, siyasi və dövlətçilik fəaliyyətinə çox böyük hörmətlə yanaşılan Heydər Əliyev haqqında söz demək,fikir söyləmək o qədər də asan deyil. Bu gün dünya ictimaiyyəti Azərbaycanı və onun liderini tanıyır, onu minnətdarlıqla xatırlayırsa, ünvanına ən xoş sözlər söyləyirsə, yüksək rəyini, fikrini deyirsə, bu, özü xalqımız üçün şərəfdir. Heydər Əliyev siyasəti Azərbaycan uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Bu gün ölkəmizin hər bir vətəndaşı Heydər Əliyev dühasını böyük qürur və fəxrlə yad edir. Xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi kimi yazılan Heydər Əliyev fenomeni nə qədər ki, Azərbaycan var o da var olacaqdır. Hər zaman böyük hörmət və ehtiramla anılacaqdır.

Maxruq Nağıyeva

Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin tarix műəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti