Yeni dövrün yeni hədəfləri

Məlum olduğu kimi Prezident İlham Əliyev yanvar ayının 10 da yerli televiziya kanallarına müsahibə vermişdir. Dövlət başçımız həm Ermənistana həm də onun havadarlarına mühüm mesajlar ünvanlayıb və Azərbaycanın millii maraqlarına söykənən strateji hədəflərini açıqlayıb. Həmçinin müsahibəsində Dövlət başçımız Azərbaycanın yeni hədəfləri, yeni ildə yeni strateji məqsədlərini sadaladı. “Təbii ki, yeni dövrün yeni hədəfləri olmalıdır”, - söyləyən dövlətimizin başçısı bildirdi ki, yeni dövrə köhnə hədəflərlə gedə bilmərik.
Ümumilikdə götürsək Dövlət başçısının müsahibəsini həmdə Azərbaycan reallıqlarının, Azərbaycanın yaratdığı yeni reallıqlarının dünya ictimaiyətinə çatdırılması baxımından mühüm bir mənbə rolunu oynayır. Prezident İlham Əliyev müsahibəsində çox aydın ismarıclar ünvanladı və həmçinin bu ismarıclar, bu mesajlar Azərbaycanın gələcəyi ilə bağlı bir təsəvvür formalaşdırır. Mühüm məqamlar var idi Dövlət başçısının müsahibəsində. Fransa və Ermənistan haqqında verdiyi çıxış xüsusilə seçilirdi. 
Dövlət başçısının dinlədiyimiz müsahibəsi faktiki olaraq Azərbaycanın gələcək planları, Azərbaycanın gələcəkdə edəcəyi işləri ümumiyyətlə proqram bir çıxış kimi qiymətləndirilməlidir. Ona görə ki, faktiki gələcək bu gün bu işlərlə formalaşır.  Yanvar ayının 10-da baş tutan müsahibəsində gələcəkdə Azərbaycanın hansı istiqamətdə öz fəaliyyətini təşkil edəcəyi, hansı siyasəti həyata keçirəcəyi, necə olacaq, hansı mərhələlərə yüksələcək, hansı hədəflərə çatacaq və bütün bu məsələlər daha geniş ciddi təhlil olunmalıdır. 
Prezident İlham Əliyev müsahibəsində həmçinin 2024-cü ilin mühüm hadisəsi olan növbədənkənar prezident seçkilərindən də bəhs etdi. Dedi ki, yeni dövrün çağırışları bu mühüm addımı qaçılmaz edir. “Artıq bütün vədlər, qarşıda dayanan vəzifələr uğurla icra edilib. Suverenliyimiz tam təmin olunub. Seçkilərin bütün ölkə ərazisi üzrə keçirilməsi yeni dövrün qürurverici məqamlarından olacaq
Dövlət başçısının müsahibəsi çox geniş, çox dərin, əhatəli bütün sahələrə toxunan müsahibə oldu. Hər dəfə Cənab Prezidendə qulaq asanda aydın olur ki, niyə nəyə görə hansı əsaslara görə biz qalib gəlmişik. Dövlət başçımız özüdə müsahibəsində çox gözəl bunu qeyd etdi “bəli ədalət bizim tərəfimizdədir ancaq güclü ədalətdir, məntiqli ədalətdir, başa düşülən ədalətdir ona görədə Azərbaycan faktiki qələbələrə nail olub”.
Tarixin gedişatını dəyişən Lider! Dövrünün ən güclü sərkərdəsi!  Sizin hər atdığınız addımda bu millət üçün uğur var. 

Qurbanəli İslamov

Suraxanı RİHB-nin Hövsan QİƏD üzrə nümayəndəsi, 2-ci Qarabağ müharibəsi Qazisi



Oxşar Xəbərlər

Xəbər lenti