24-12-2024, 09:46
24-12-2024, 09:32
21-12-2024, 10:25
27-11-2024, 17:30
25-11-2024, 17:52
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa dinc əhali ağır texnikadan istifadə edilərək kütləvi qətlə yetirilmişdir. 1990-cı il yanvarın ortalarından Bakı şəhərinə gətirilərək, Qala və Nasoslu aerodromlarında, Respublika stadiomunda, Salyan qışlasında yerləşdirilən SSRİ Müdafiə və Daxili İşlər nazirliklərininin, eyni zamanda da xüsusi təyinatlı hərbi birləşmələrin 66 min nəfərdən çox əsgər və zabitinin Azərbaycanı cəzalandırması öncədən planlaşdırılmış hərbi cinayət və xainlikdir. “Bakı əməliyyatı” adlandırılan cinayətdə fövqəladə vəziyyətin əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20nəfəri ölümcül yaralamışlar.20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin şahidi olaraq Sov. İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq onun sıralarını tərk etmişlər. Öz həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya qarşısında ittiham edərək əliyalın və dinc xalqın qırılmasnı hüquqa, demokratiyaya və humanizmə zidd olması haqqında cəsarətli bəyanət verdi və Moskvanın və rəhbərlərinin günahı üzündən yol verilmiş kobud səhvi ifşa etdi. Qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verən Heydər Əliyev təhlükələrdən çəkinmirdi. “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.” -deyən Ulu Öndər Bakıya rus ordusunun yeridilməsi ilə bağlı SSRİ rəhbərliyinin qərarını kəskin tənqid və rəsmi açıqlama tələb edərək Azərbaycanda kifayət qədər - 4-cü ordu, Xəzər Hərbi Dəniz Donanması, desant qoşunlarının diviziyası, Hava Hücumundan Müdafiə Qoşunları, DİN-in daxili qoşun birləşmələri olduğunu və əlavə qoşun yeritmək qərarını qəbul edən rəhbərliyin xalq qarşısında məsuliyyət daşımalı olduğunu vurğulamışdır. 20 Yanvar faciəli və ağrılı bir gecə olsa da ölkəmizin və ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqımızın tarixində unudulmaz və şərəfli bir səhifədir. Tariximizə milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunub.Gülbacı Salmanlı
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktor əvəzi
Sozcu.info