Prezident İlham Əliyev Qlobal forumun praktiki əhəmiyyətini izah etdi

Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 14-də “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu işə başlayıb. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformaya çevrilib. Məhz bunun nəticəsidir ki, Mərkəzin təşkil etdiyi tədbirlərə maraq ildən-iləartmaqdadır. Ölkəmizin dövlət başçısı da forumda iştirakedir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin XI Qlobal Bakı Forumunu açıq elan edib. Foruma dünyanın hər yerindən tanınmış siyasətçilər, dövlət adamları qatılıb və dünyanın ən tanınmış liderləri foruma məktəb göndərib.
Qlobal Forumun təşəbbüsçüsü Azərbaycandır. Ölkəmiz bu forumları keçirməklə dünya ictimaiyyətinin diqqətini Azərbaycana cəlb edir və dünya birliyinin ləyaqətli üzvü olduğumuzu nümayiş etdirir.
Forumun mövzusu parçalanmış dünyanın bərpasıdır. Bəli, bu gün dünya nizamında tarixdə heç vaxt olmadığı kimi parçalanmalar baş verir. Təəssüf ki, son illər dünya gücləri münaqişələri diplomatik yollarla həll etməkdən daha çox silahların işlədilməsinə yönəldib. Rusiya Ukrayna və İsrail Fələstin müharibələri dünyanı Üçüncü Dünya Müharibəsinin başlanılması səviyyəsinə gətirib çıxardır. Bu baxımdan parçalanmış dünyanın bərpası məsələsi bu gün heç vaxt olmadığı qədər vacibdir.
Azərbaycan xalqı olaraq biz dünyanı bərbad hala salanlara qarşı mubarizə aparırıq. Bizim ölkə bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edir. Qlobal Bakı Forumunun ancaq xüsusi yeri olduğunu qeyd etmək lazımdır. Çünki, bu tədbir bir daha sübut edir və göstərir ki, Azərbaycan sülh tərəfdarıdır və Azərbaycan Cənubi Qafqazda sabitliyin təmin olunması istiqamətində bütün zəruri tədbirləri həyata keçirməyə çalışır.
Fərqanə Babayeva 
Suraxanı rayonu, 97 nömrəli tam orta məktəbin tarix müəllimi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}