Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir

Bu gün Azərbaycanda Füzuli Şəhəri Günü qeyd olunur. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, işğala məruz qaldığı 27 il ərzində erməni terrorçuları tərəfindən tamamilə darmadağın edilib. 1993-cü ildə Ermənistanın silahlı qüvvələri ilə mübarizədə 400 nəfərədək Azərbaycan əsgəri əlil, 663 nəfər isə şəhid olmuşdur. 181 nəfər əsir və itkin düşmüşdür.
Ulu Öndər Heydər Əliyevin əmri ilə ilk qələbə 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası           Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur.

Müzəffər Ali Baş Komandan, Prezident Cənab İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsinin 21-ci günündə Füzuli şəhəri işğaldan azad edildi. 2020- ci il Oktyabrın 17-də Ali Baş Komandan azərbaycanlılara illərdir gözlədiyi o müjdəni verdi. 17 oktyabr tarixi nəinki füzulililərin xatirəsində, eyni zamanda Azərbaycan dövlətinin tarixində qızıl həriflərlə yazılacaqdır.

Prezident, İlham Əliyevin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Artıq Füzuli rayonunda bərpa və yenidənqurma işləri sürətlə davam etdirilir. Şəhər ərazisində infrastruktur bərpa olunur. Ötən il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak etdilər. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva bir neçə dəfə Füzuliyə səfər ediblər. Füzulidə, Qaraxanbəyli kəndinin yaxınlığında şəhidlərimizin şərəfinə 27 sentyabr – Anım Günü ilə bağlı xatirə kompleksi inşa edilibZəfərimizin nəticəsi olaraq artıq Füzuli sakinləri də öz doğma yurdlarına qayıdaraq yenidən tikilən evlərdə məskunlaşırlar. 
Prezident İlham Əliyevin 31 iyul 2023-cü ildə imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günüqeyd edilir.
Nəinki, Füzuli şəhərinin, eləcədə bütövlükdə işğaldan azad edilmiş doğma Qarabağımızın hər bir bölgəsi tarixin yaddaşına yazılacaq və gələcək nəsillər bu möhtəşəm qələbəni qürur hissi ilə yad edəcəklər.
Roman Səfərov

Suraxanı RİHB -nın Yeni Suraxanı qəsəbə  inzibati ərazi dairəsi üzrə nümayəndəsi  

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti