30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
2020-ci ilin sentyabr-noyabr aylarında baş verən 44 günlük Vətən Müharibəsi Azərbaycanın hərbi-strateji üstünlüyünü bütündünyaya nümayiş etdirdi. Bu müharibə müasir hərb tarixində yenisəhifə açdı və XXI əsr müharibələrinin necə aparılmalı olduğunu göstərən bir nümunəyə çevrildi.Azərbaycan Ordusunun modernləşməsi və gücləndirilməsi uzun illər ərzində dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən hərbi quruculuq siyasəti nəticəsində ordumuz ən müasir silah-sursat vəhərbi texnika ilə təchiz edilib. Xüsusilə diqqətəlayiq məqam ondanibarətdir ki, Azərbaycan öz hərbi sənaye kompleksini yaratmağanail olub və bu gün mindən çox hərbi təyinatlı məhsul istehsaledir. Ölkənin müdafiə sənayesi kompleksi müxtəlif növ hərbitexnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlar istehsal etmək qabiliyyətinə malikdir. Bu nailiyyətlər Azərbaycana öz ordusunu zəruri silah və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb. Eyni zamanda, bir ölkədən asılı olmamaq üçün hərbi texnika müxtəlif mənbələrdən əldə edilib ki, bu da döyüş əməliyyatları zamanı strateji üstünlük qazandırıb.44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən tətbiq edilən müasir döyüş taktikası və strategiyası dünya hərb tarixində yeni səhifə açdı. Xüsusilə pilotsuz uçuş aparatlarının (PUA) effektiv istifadəsi, koordinasiyalı hücum əməliyyatları və yüksək dəqiqlikli silahların tətbiqi müharibənin gedişatını həlledici şəkildə dəyişdi.Vətən Müharibəsində qazanılan zəfərin ən mühüm amillərindən biri ordu ilə xalqın sarsılmaz birliyi və hərbçilərimizin yüksək döyüş ruhu oldu. Müharibə dövründə bir nəfər də olsun fərarinin olmaması, əksinə, on minlərlə gəncin könüllü olaraq ordu sıralarına yazılmaq üçün müraciət etməsi xalqımızın vətənpərvərlik ruhunun və milli həmrəyliyinin bariz nümunəsidir.Xüsusilə diqqətə layiq məqamlardan biri yaralı əsgər və zabitlərimizin göstərdiyi qəhrəmanlıqdır. Hərbi hospitallarda müalicə alan döyüşçülərimiz həkimlərdən tezliklə sağalıb cəbhəyə qayıtmağı xahiş edirdilər. "Öldü var, döndü yoxdur" şüarıilə döyüşən hərbçilərimizin yüksək mənəvi-psixoloji hazırlığı vəvətənpərvərlik ruhu düşmən üzərində qələbənin əsas təminatçılarından biri oldu.Nəticə olaraq, 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı parlaq qələbə ordumuzun modernləşməsi, müasir döyüş taktikasının mənimsənilməsi və yüksək döyüş ruhunun vəhdətinin nəticəsidir. Bu qələbə həm də onu göstərdi ki, Azərbaycan Ordusu regionun ən güclü ordusu olmaqla yanaşı, dünya miqyasında da ən müasir hərbi güclərdən birinə çevrilib.Bu tarixi zəfər Azərbaycan dövlətinin hərbi qüdrətini, xalqımızın milli birliyini və ordumuzun peşəkarlığını bütün dünyaya nümayiş etdirdi. Bu təcrübə gələcək nəsillər üçün əvəzsiz bir miras olmaqla yanaşı, müasir müharibələrin aparılması baxımından da yeni standartlar müəyyən etdi.Fuad RəhimovYeni Suraxanı bələdiyyəsi sədrinin vəzifəsini müvəqqəti icra edən
Sozcu.info