30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
23-10-2024, 18:37
18-10-2024, 10:38
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan dövləti şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğını dövlət siyasətinin prioritet istiqamətinə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət Azərbaycanı dünya miqyasında müharibə iştirakçılarına və şəhid ailələrinə münasibətdən ümunəvi ölkəyə çevirib.Vətən müharibəsində qazanılan qələbənin əbədiləşdirilməsi məqsədilə "Zəfər" və "Qarabağ" ordenləri ilə yanaşı, 15 yeni medal təsis edilmişdir. Bu təltiflər müharibədə göstərilən qəhrəmanlığın və şücaətin dövlət səviyyəsində qiymətləndirilməsinin təzahürüdür.Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla160 minə yaxın müharibə iştirakçısı müxtəlif orden və medallarla təltif olunub. Bu təltiflər həm də gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir və qəhrəmanlığın əbədiləşdirilməsinə xidmət edir.Bakıda inşa olunan Vətən müharibəsi memorial kompleksivə Zəfər muzeyi Azərbaycan əsgərinin İkinci Qarabağ müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazanılan möhtəşəm tarixi Zəfərin rəmzinə çevrilib.Müharibədən sonrakı dövrdə qazilərin reabilitasiyası xüsusi diqqət mərkəzində olub. Müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilib və onların istifadəsinə verilib. Psixoloji dəstək və reabilitasiya xidmətləri də geniş miqyasda həyata keçirilir. Bu xidmətlər müharibə iştirakçılarının normal həyata qayıtmasına və psixoloji travmaların aradan qaldırılmasına yönəlib.Ümumilikdə, post müharibə dövründə həyata keçirilən sosial dəstək paketi 130 min şəxsi əhatə edib və onlara 358 min xidmət göstərilib. Bu göstəricilər Azərbaycan dövlətinin öz vətəndaşlarına, xüsusilə də Vətən müharibəsi iştirakçılarına və şəhid ailələrinə göstərdiyi yüksək qayğının əyani sübutudur.Roman SəfərovSuraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi
Sozcu.info