Hər şey yaxşı olacaq

Heç şübhəsiz  böyük faciədir. Şəxsi fəlakət, şəxsi  faciə bir yana, faciənin miqyası o qədər böyükdür ki, dünyanın üzdə olan 3-5 dövləti bu hadisəyə münasibət bildirir. Bəlkədə yazmaq istədiyimizin əhatəsindən çıxırıq. Amma hər halda qoy deyək. Adını unutduğumuz bir müəllif deyir ki,”bir nəfərin ölümü faciədir, çox nəfərin ölümü statistika”. Birdə var həmin zərərçəkənlərin ağrısını canında duyan rəhbər. Prezident o adamdır ki, hər bir vətəndaşı  ilə nəfəs alsın, hər bir vətəndaşı, hər bir ailəni duysun, hər kəsin sevincinə, dərdinə şərik olsun. Bu mənada  “bizim bəxtimiz gətirib”desək, yəqin ki ,yanılmarıq. Möhtəşəm bir tədbirə gedən İlham Əliyevin səmada ikən təyyarəni geri qaytarması, fəlakətə tuş gələn xalqı ilə bir olması hər rəhbərin,hər başçının əlindən gələn iş deyil.

Və bir də.Dünya tarixinin qəbul etdiyi siyasətçilərdən olan U.Çörçil deyirdiki, Böyük Britaniyanın əbədi dostları yoxdur, əbədi maraqları var. Bu mənada Prezident İlham Əliyev tutduğu  mövqeyə görə Fransanı tənqid edəndə burnunun ucundan qabağı görməyənlər onu başa düşmürdülər. Amma indixalqının haqqını Rusiyadan tələb edəndə dinmirlər,danışmırlar. Bu faktlar onu təsdiq edirki, Prezident İlham Əliyev üçün bir fakt var. O da xalqdır, xalqın mənafeyidir. 

Vacib bir faktıda qeyd edək. Qazax qardaşlarımızın bizə bu qədər isti münasibət göstərməsi onu sübut edirki, Prezident İlham Əliyevin türk dünyası birliyinə bu qədər əhəmiyyət verməsi daha irəliyə hesablanmış siyasətin nəticəsidir.

Sonda bir daha onu qeyd edək ki, pilotların, stüardesaların belə fədəkarlığı, profesionallığı onu göstərir ki, Azərbaycan xalqı, savadlı, fədakar, insansevər xalqdır. Allah həlak olanların hər birinə rəhmət eləsin.

Kəmalə İbrahimova

Suraxanı rayonu, 87 nömrəli orta məktəbin direktorunu müvəqqəti əvəz edən



Oxşar Xəbərlər

Xəbər lenti