Azərbaycan qadınlarının bütün sahələrdə fəaliyyəti danılmazdı



 

 

   Qadınlar cəmiyyətin mühüm tərkib hissəsini təşkil etməkləyanaşıonların bütün sahələrdə fəaliyyəti danılmazdı

Azərbaycan qadınları yaşadığı dövrlərdən asılı olmayaraq həmişə ağıllı, fədəkar, ləyaqətli olub, öz xalqının, dövlətinin inkişafında və formalaşmasında böyük rol oynamışdılar. Dastanlarda adları keçən Azərbaycan qadınları döyüş meydanlarında at belində yağı düşmənə qarşı  vuruşmuş, qəhrəmanlıq salnamələri yazmışlarTarix boyu sərkərdə qadınlarımız ta bu günə qədər kişilərdən geri qalmamışlar.Azərbaycan ərazisində yaranmış dövlətlərin diplomatik əlaqələrində, müharibələrin qarşısının alınmasında mühüm addımlar atmışlar.

   1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi ilə Şərqdə ilk dəfə qadınlarımıza seçki hüququ verildi.

İllər, əsrlər keçdikcə Azərbaycan qadını daha çox maariflənməyə, bilgilərə sahib olduAzərbaycan qadınının bütün sahələrdə fəaliyyəti danılmazdı  

Tarix boyu sədaqətli, cəngavər qadınlarımıza şerlər, dastanlar qoşulub, mahnılar bəstələnib. 

   Adın şərəflidir sənin ey qadın,

   Dahilər anası çağrılır adın!

  Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınının azadlığına, siyasi fəaliyyətinə çox böyük əhəmiyyət verdiyi üçün 1998-ci ildə onun təşəbbüsü ilə  Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı Qadınların hüquq və azadlıqlarına daha geniş yer verildi.

   Azərbaycan qadını Vətən, torpaq, sevgisini Qarabağ müharibəsində bir daha sübut etdiBəli! Müharibədə qəhrəmanlıq, igidlik göstərən, Vətənini, torpağını canından çox sevən, öz şirin canını yağı gülləsinə sipər edən Şəhidlərimizin anasıdır Azərbaycan Qadını. Eşq olsun Azərbaycanın ləyaqətli, məğrur qadınlarına!

Allah şəhidlərimizə rəhmət eləsin!

 

Arzu Məmmədova

 

Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info 



Oxşar Xəbərlər

Xəbər lenti