Beyləqanda 8 Mart - Beynəlxalq Qadınlar Günü təntənəli şəkildə qeyd olundu. -Fotolar

Bu gün Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 8 Mart- Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ziyafət tədbiri keçirilib.

Sozcu.info xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov və kollektivi, YAP Beyləqan rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, idarə, müəssisə və təşkilatlarda çalışan qadınlar, rayon ağsaqqalları, ictimaiyyət nümayəndələri iştirak ediblər.Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümumilikdə 220 nəfəri şəhid ata-ana və yoldaşları olmaqla 500 nəfərin iştirakı ilə keçirilən tədbirdə Giriş nitqi ilə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik etdi, xoş arzularını çatdırdı.

Rayon rəhbəri cəmiyyətdə və ailədə, xalqımızın milli-mənəvi dəyərlərinin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışdı. Qeyd edildi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Prezident İlham Əliyev tərəfindən davam etdirilən gender siyasəti nəticəsində qadınlara ictimai həyatın bütün sferalarında bərabər imkanlar yaradılıb və onlar ölkənin ictimai-siyasi, elmi-mədəni həyatında yaxından iştirak edirlər.
Beyləqan rayon Prokuroru Ramazan Hadıyev də çıxış edərək “8 Mart-Beynəlxalq Qadınlar günü”  münasibətilə bütün xanımları təbrik etdi və onlara müvəffəqiyyətlər arzuladı.
Tədbirdə şəhid anaları adından Səkinə Xəlilova, Əlinəzərli kənd 1 saylı tam orta məktəbin Azərbaycan dili-Ədəbiyyat müəllimi Nəzakət Feyziyeva  və digərləri çıxış edib, qadınlara ictimai-siyasi, mədəni, təhsil, səhiyyə və digər sahələrdə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident İlham Əliyev cənablarına və Birinci vitse-prezident Mehriban xanım Əloyevaya dərin minnətdarlığını bildiriblər, eləcə də bugünki təşkil olunan təntənəli tədbirə görə rayon rəhbərliyinə bütün qadınlar adından təşəkkür ediblər.
Daha sonra rayonun ictimai həyatında səmərəli fəaliyyətinə görə bir qrup qadına Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və gül buketi təqdim olunub.

Eləcə də rayon rəhbərliyi tərəfindən tədbirdə iştirak edən bütün şəhid analarına və xanımlarına hədiyyə və gül təqdim edilib.

Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.

Sozci.info




Oxşar Xəbərlər

Xəbər lenti