4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Dahilər fərqli doğulmurlar. Lakin yaşamları, özləri üçün müəyyənləşdirdikləri həyat tərzləri, fəaliyyətləri fərqli olur. Dahilik məqsədlə, arzu və ya istəklə yaranmır. O insanlar doğulur, həyatda formalaşır. Dünyada tarix haqqında yazanlar çoxdur, amma tarixi yaradanların sayı azdır.
Ulu Öndər Heydər Əliyev də tarix yaradan insanlardandır.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyin ilk illəri hakimiyyətdə boşluqlar var idi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni daha da uçuruma aparırdı.
Xalqın təkidli və tələbi ilə Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Milli Məclisin 1993-cü il iyunun15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan etdi və sonrakı illərdə onu həyata keçirdi. Heydər Əliyev fenomenal yaddaşa, ensiklopedik biliyə malik dahi şəxsiyyət, qəhrəmanlıq simvolu idi. Əgər müstəqilliyi qazanmaq ilkin şərt idisə, ikinci vacib məsələ onu qoruyub inkişaf etdirmək idi və bu, Ümummilli Liderin iradəsi sayəsində reallığa çevrildi. Ümummilli lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir.
Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Azərbaycanda milli-demokratik hərəkat müstəqillik haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə və dövlət müstəqilliyinin bərpası ilə nəticələndi.
Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və səmərəsi uzun müddətə hesablanmış layihələr bu gün nəinki Azərbaycanın, o cümlədən region ölkələrinin də sosial-iqtisadı inkişafı üçün ciddi, əhəmiyyətli rol oynamaqdadır. Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın prezidenti, həm də dünya azərbaycanlılarının lideridir.
Böyük tarixi şəxsiyyətlərin kəlamları atalar sözü səviyyəsində yaşadılır. Heydər Əliyev böyük tarixi şəxsiyyət idi. Onun qürurla dediyi "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" kəlamını gənclər zaman-zaman yaşam düsturu bilib. Bu gün də belədir.
Heydər Əliyev Azərbaycanın şanlı tarixidir. Heydər Əliyev Azərbaycanın keçmişidir. Qürur duyulası keçmişi. Heydər Əliyev Azərbaycanın bu günüdür!
Könül Namazova
Suraxanı rayonu, E.Cəfərov adına 118 nömrəli tam orta məktəbin informatika müəllimi
Sozcu.info