4-07-2025, 23:20
3-07-2025, 22:15
18-06-2025, 08:36
5-06-2025, 14:14
23-05-2025, 18:15
Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə Əlahiddə Azərbaycan korpusunun yarandığı tarix iyunun 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan olunub. Peşəkar milli ordunun yaradılmasına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda başlanılıb. Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsi prosesinə isə Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra başlanılıb. Dahi şəxsiyyət-Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlər bu gün Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan xalqı öz əzmini, birliyini, gücünü sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza alnıaçıq, üzüağ, zəfər bayrağı ilə qayıtdıq. Bu gün Silahlı Qüvvələr Gününü böyük uğurumuzun Vətən Müharibəsindən sonra torpaqlarımızın işğaldan azad olunmasının sevincini yaşayaraq qeyd edirik. Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alıb, 44 günlük II Qarabağ müharibəsində tarix yazıb, işğala son qoyaraq Böyük Qayıdışa yol açıb. 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması Azərbaycan Ordusunun cəbhə zonasında yerləşən mövqelərini iriçaplı silahlardan, minaatanlardan intensiv atəşə tutması nəticəsində başlanan Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifələr açdı. Azərbaycan Ordusunun uğurları Prezident, Ali Baş Komandancənab İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir. “Şuşasız bizim işimiz yarımçıq olar.” söyləyən Ali Baş Komandan cənab İlham Əliyev Ulu babalarımızın əmanətini xalqımıza qaytarmaqla Ulu Öndər Heydər Əliyevin vəsiyyətini də yerinə yetirdi.Gülnar MəhərrəmovaSuraxanı rayonu, 315 nömrəli tam orta məktəbin tərbiyə işi üzrə təşkilatçı
Sozcu.info