Cəmiyyətin inkişafına töhfələr vermiş milli mətbuat

 Söz və məlumat azadlığı prinsipi dövlətlərin, xalqların siyasi inkişafında, cəmiyyətlərin formalaşmasında müstəsna rola malik əsas göstəricilərdəndir. Birmənlı olaraq, deyə bilərik ki, Azərbaycan da söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan dövlətlərdəndir.

Azərbaycan son 30 ildə söz və məlumat azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə nəinki Qafqazda liderdir, bütün dünyada ön sıralardadır. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.

Mətbuata həssas münasibət Azərbaycan Respublikasının Prezidenti cənab     İlham Əliyevin həyata keçirdiyi siyasətin parlaq nümunəsidir. Dövlət rəhbərimizin ali siyasi iradəsi nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, çoxlu sayda qəzet jurnalın fəaliyyəti üçün münbit şərait təmin edilmişdir. 

Prezident cənab İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlanaraq qəbul olunmuş və icraya yönəlmişdir. Azərbaycanda müstəqil mətbuatın və söz azadlığının inkişafı Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyəti ilə sıx əlaqəlidir. Ulu Öndər mətbuatın və söz   azadlığının demokratik cəmiyyətdəki rolunu yüksək qiymətləndirmiş, onun inkişafına xüsusi diqqət yetirmişdir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ötən əsrin sonlarına doğru ölkəmizdə söz və mətbuat azadlığının bərqərar olunması ilə bağlı mühüm addımlar atılmışdır. 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanan ölkə Konstitusiyasında vətəndaşların söz azadlığı təsbit edildi. Konstitusiyada mətbuatın cəmiyyətdəki əhəmiyyəti vurğulanaraq, azad sözün inkişaf etdirilməsi və jurnalistlərin hüquqlarının qorunması əsas prinsiplər kimi müəyyən edilmişdir. Ulu Öndər deyirdi ki, mətbuat yalnız məlumat yaymaqla kifayətlənməməli, həm də cəmiyyəti doğru istiqamətə yönəltməli, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir.

Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi bu siyasət hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Son illərdə ölkəmizdə azad mətbuatın inkişafına dövlət qayğısı    olduqca yüksək səviyyədədir. Dövlət başçısının mediaya göstərdiyi qayğı bu yüksəlişin əsasını təşkil edir.


Seymur Rəsulov

Hövsan bələdiyyə sədri

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti