17-09-2025, 13:59
16-09-2025, 13:04
10-09-2025, 10:22
18-08-2025, 13:24
4-08-2025, 08:32
Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Suriyanın hazırkı prezidenti Əhməd əl-Şaraa ilə görüşüb.Sozcu.info xəbər verir ki, Zelenski sentyabrın 24-də keçirilən görüş barədə sosial media hesabında yazıb.O bildirib ki, Ukrayna və Suriya diplomatik münasibətlərin bərpasına dair kommünike imzalayıblar.Zelenski Suriya xalqını sabitliyə nail olmaq yolunda dəstəkləməyə hazır olduqlarını bəyan edib. Ukrayna prezidentinin sözlərinə görə, Suriya prezidenti ilə danışıqlar zamanı əməkdaşlığın inkişafı üçün perspektivli istiqamətlər və təhlükəsizlik çağırışları ətraflı müzakirə edilib və münasibətlərin qarşılıqlı hörmət və etimada əsaslanacağı barədə razılığa gəliblər.Qeyd edək ki, Ukrayna 2022-ci ilin iyununda Bəşər Əsəd rejiminin Rusiyanın nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarının “müstəqilliyini” tanımasından sonra Suriya ilə diplomatik əlaqələri kəsib.