Soydaşımız Niderland mediasında Xocalıdan yazdı

Soydaşımız Niderland mediasında Xocalıdan yazdı

 

Niderlandda yaşayan soydaşımız, Niderland Jurnalistlər Birliyinin üzvü, "Connect” təşkilatının sədri Vüqar Abbasovun Niderland mətbuatında Xocalı soyqrımı ilə bağlı növbəti yazısı gedib.

https://www.rfgmagazine.nl/de-hitte-van-een-ware-hel/?fbclid=IwAR0gq6LOP5U99uxlYiTq-hBdAa4D148XxC7TMeLT2wairgTlScYk7otWNgk

Bu barədə xəbəri Sozcu.info-a diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk verib.

Yazı "Gerçək bir cəhənnəm istisi” adlanır və soydaşımız yazısına belə başlayır: "Yazımı belə adlandırmağım təsadüfi deyil. İyirmi yeddi il öncə, soyuq bir qış günündə Xocalıda əsl cəhənnəm istisi var idi. 26 fevral 1992 – ci ildə, havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Xocalı şəhəri cəhənnəmi xatırladırdı. Erməni-Rus hərbi birləşmələri Xocalıda qırğın törətdilər. Bir gecənin içərisində 613 nəfər həyatını itirdi. Yüzlərlə insan evsiz – eşiksiz qaldı. Günahkarlar bəllidir və hər kəs də bunu bilir: Rus-Erməni hərbi birləşmələri. Ancaq beynəlxalq İctimaiyyət buna səssiz qalıb. Biz Azərbaycanlılar bu hadisələri soyqrım kimi dəyərləndiririk. ”

Daha sonra Xocalı soyqrımı, bu hadisələrə gətirib çıxaran səbəblər barədə söhbət açan müəllif, Ermənistanın Azərbaycan torpaqlarını, Dağlıq Qarabağ və daha yeddi rayonu işğal etdiyini, Ermənistanın Azərbaycan torpaqlarını qeyd - şərtsiz azad etməsi barədə BMT – nin dörd qətnaməsinə (nömrələri göstərilməklə) məhəl qoymamasını xüsusi vurğulayıb.

Fransa prezidenti Makronun (Emmanuel Macron) "Erməni soyqrımı”nı Fransanın təqviminə anım günü kimi salacaqları deməsini, ancaq dünya siyasətçilərinin Xocalı hadisələrini görməzdən gəldiyini qeyd edən soydaşımız bunun düzgün olmamasına diqqət çəkib.

Картинки по запросу Vüqar Abbasovun Niderland

Vüqar Abbasov yazısına davam edərək yazıb: "Xocalı hadisələrinə diqqət verilməlidir. O zamandan iyimi yeddi il keçməsinə baxmayaraq Avropa siyasətçiləri, araşdırmaçıları, jurnalistləri bu məsələyə heç bir diqqət göstərmirlər. Baxmayaraq ki, bu sözü gedən hadisə barədə kifayət qədər faktlar, şəkillər, video görüntülər, şahidlər var. Nə üçün Xocalı hadisələri soyqrım kimi tanınmamalıdır? Niyə dünya siyasətçiləri susurlar, bu barədə geniş zallarda, tv –lərdə danışmırlar?”

Sonda müəllif, Zori Balayanın, Davud Xeriyanın (Daud Kheyriyan) öz kitablarında özlərinin, ermənilərin törətdikləri vəhşilikləri, qırğınları necə qələmə aldıqlarını onların öz sözləri ilə qeyd edib. Müəllif yazısını Azərbaycan xalqının gec –tez ədalətin qələbə çalacağına inandığını yazıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}