Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Dini konfessiya rəhbərləri 20 Yanvar faciəsi ilə bağlı bəyanat yayıblar
Azərbaycandakı dini konfessiya rəhbərləri 20 yanvar faciəsinin ildönümü ilə bağlı bəyanat yayıblar.
Qafqaz Müsəlmanları İdarəsindən daxil olan bəyanatda deyilir:
"Azərbaycan xalqının tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli qürur və qəhrəmanlıq salnaməsi kimi həkk olunmuş Qanlı Yanvar faciəsinin növbəti ildönümü ərəfəsindəyik. Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda canlarını fəda etmiş, Uca Yaradanın nəzərində ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə ucalmışlara xalqımızın ehtiramı əbədidir.
20 Yanvar xalqımızın milli müstəqillik, azadlıq uğrunda mübarizəyə hazırlıq ruhunun və yenilməz iradəsinin rəmzidir. Həmin günlərdə sovet ordusunun amansız hərbi təcavüzünə məruz qalan xalqımız diz çökmədi, azadlıq əzmini itirmədi. Moskvadan xalqımızın mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev bütün təqiblərə baxmayaraq doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib SSRİ rəhbərliyinin törətdiyi bu qanlı cinayətə kəskin etirazını bildirdi, onun təşkilatçılarını sərt ittiham etdi, törədilmiş hadisəni hüquqa, demokratiyaya, humanizmə zidd təxribat kimi səciyyələndirdi. Şeyxülislam Allahşükür Paşazadə keçmiş SSRİ Prezidenti Mixail Qorbaçova göndərdiyi açıq ittiham məktubunda hadisələrə sərt və prinsipial münasibətini bildirdi. Siyasi lider və dini rəhbərin qətiyyətli mövqeyi xalqı səfərbər etdi. Bir milyondan artıq insan təqiblərdən, ölümdən belə qorxmayaraq şəhərin baş meydanına axışdı, azadlıq uğrunda qurban getmiş şəhidləri müqəddəs Vətən torpağına tapşırdı. Beləliklə, qanlı 20 Yanvar faciəsi müstəqil Azərbaycan dövlətinin tarixinə xalqımızın şərəf və qəhrəmanlıq salnaməsi, milli vəhdət nümunəsi olaraq həkk olundu.
20 Yanvar bizi müstəqilliyə, milli, dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi və ilk mənəvi qələbəsi idi. Qarabağ uğrunda mübarizənin - I Qarabağ müharibəsi, Aprel döyüşləri, Vətən müharibəsinin şəhidləri 20 Yanvar şəhidlərinin uca mənəviyyat yolunun davamçılarıdırlar. Şəhidlərimizin müqəddəs ruhlarına ən böyük töhfə Qarabağ zəfərimiz, müstəqilliyimizin əbədiliyi, dövlətçiliyimizin artan qüdrəti, Vətənimizin tərəqqisi və xalqımızın səadətidir. 1991-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan xalqı ərazi bütövlüyümüzə təhdidlərə 44 gün davam edən Vətən müharibəsi ilə son qoydu.
Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarixi ədaləti bərpa edərək Azərbaycan xalqının ən ülvi arzusunu yerinə yetirdi - Qarabağı, Şuşanı azad edərək xalqımıza qaytardı. Şükürlər olsun ki, Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalq, dövlət naminə davamlı səyləri sayəsində ölkəmizin siyasi, iqtisadi qüdrəti daha da artır, beynəlxalq nüfuzu daha da güclənir, mədəni, dini-mənəvi dəyərləri ən yüksək səviyyədə qorunaraq inkişaf etdirilir. Biz, Azərbaycandakı dini konfessiyaların rəhbərləri bütün Azərbaycan dindarları adından müzəffər dövlət rəhbərimiz Zati-aliləri Prezident İlham Əliyev cənablarına böyük Qarabağ Zəfərinə, habelə 2022-ci ili Şuşa ili elan etmək kimi fəxarətdoğuran qərarına görə dərin minnətdarlığımızı bildirir, dövlətçiliyimiz naminə misilsiz fəaliyyətinə Uca Yaradandan uğurlar diləyirik.
Azərbaycanın müstəqil dövlətçiliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuşlar sırasında müxtəlif din və millətlərə mənsub vətəndaşlarımız vardır. 20 yanvarda, Vətən müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda ölkədəki xristianlar, yəhudilər, digər millət və din mənsubları Azərbaycan xalqı ilə birgə mübarizə meydanında olublar.
Azərbaycanın tarixi dini mərkəzi olan Qafqaz Müsəlmanları İdarəsi və dini konfessiyalar hər zaman birlikdə haqq işimizin qələbəsi üçün var qüvvəsi ilə səy göstərmişlər. Çoxmillətli, çoxkonfessiyalı Azərbaycan cəmiyyəti Milli Qəhrəman Mübarizlərlə bərabər Aqarunovlar, Yakovlevlər, Polovinkolar, Senyuşkinlər, habelə Larisa, Yefimiçev, Meeroviç kimi rus, yəhudi, ukraynalı və digər millətləri təmsil edən qəhrəman Vətən övladları ilə fəxr edir. Şəhidlərimiz, qazilərimiz, qəhrəman övladlarımız bizim qürur mənbəyimizdir.
Şəhidlik imanın, əqidə və amal uğrunda mübarizənin ən yüksək zirvəsidir. Biz, Qafqaz Müsəlmanları İdarəsinin sədri və ölkəmizdəki dini konfessiyaların rəhbərləri 20 Yanvar şəhidlərinə, eləcə də Vətənimizin bütövlüyü və milli müstəqilliyimiz ugrunda canlarını fəda etmiş bütün şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, qazilərə şəfa diləyirik. Zəfər çalmış xalqımız bu ümummilli hüzn gününü birlik və vəhdətimizi təcəssüm etdirən qürurlu tarixin ildönümü olaraq hər il olduğu kimi yüksək səviyyədə qeyd edir, şəhidlərimizin əziz ruhlarını anır, Ulu Rəbbimiz, Vətən qarşısında müqəddəs borcunu yerinə yetirməkdən şərəf duyur.
Uca Allah Vətən şəhidlərinə rəhmət eləsin! AMİN!".
Bəyanatı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə, Roma Katolik Kilsəsinin Azərbaycandakı apostol prefekturasının ordinarisi Yepiskop Vladimir Fekete, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Arximandrit Aleksiy Nikonorov, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski və Alban-udi xristian dini icmasının sədri Robert Mobili imzalayıb.
Oxşar Xəbərlər
Prezident İlham Əliyev şəhidlərin əziz xatirəsini yad edib
ABŞ Konqresi 20 Yanvar faciəsinin 30 illiyi ilə bağlı bəyanat verdi
Bakıda 20 Yanvarla bağlı hazırlıqlara başlanıldı
“Şəhidlərin simvolu olan qərənfillər
Xəbər lenti
Yunanıstan prezidenti və baş nazirindən İlham Əliyevə TƏBRİK
Bakıda bu məktəb BAĞLANDI -
Rəsmi AÇIQLAMA
40 ildən sonra dünya əhalisi yarıbayarı azala bilər -
XƏBƏRDARLIQ
Su içmək üçün -
Ən doğru vaxtlar
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qurban bayramı ilə bağlı paylaşım edilib
FOTO
Azərbaycanda Qurban bayramı qeyd edilir
Vatsapla bağlı növbəti yenilik
Mehriban Əliyevadan Qurban bayramı münasibətilə PAYLAŞIM -
FOTO
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
Su içmək üçün -
Ən doğru vaxtlar
Vatsapla bağlı növbəti yenilik
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI