Litvanın bu addımı Rusiya ilə MÜHARİBƏYƏ SƏBƏB OLACAQ -FOTO


Rusiya Litvadan bir sıra malların Kalininqrad vilayətinə tranzitinə qoyulan qadağanı dərhal aradan qaldırmağı tələb edib.

KONKRET.az xəbər verir ki, Baltikyanı respublika rəhbərliyinin bu yaxınlarda atdığı qeyri-dost addımla əlaqədar Litvanın müvəqqəti işlər vəkili bu gün Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.


Rusiya XİN-in məlumatına görə, litvalı diplomata bildirilib ki, yaxın vaxtlarda Kalininqrad vilayətinə yük tranziti tam bərpa olunmasa, Rusiya öz milli maraqlarını qorumaq üçün tədbirlər görmək hüququnu özündə saxlayır.

“Biz Litva tərəfinin beynəlxalq hüquqi öhdəlikləri pozan təxribatçı tədbirlərini, ilk növbədə Rusiya Federasiyası və Avropa İttifaqının 2002-ci ildə Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının qalan əraziləri arasında tranzitlə bağlı Birgə Bəyanatını açıq şəkildə düşməncəsinə hesab edirik”, – Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Litva dəmir yolları bir sıra yüklərin Kalininqrad vilayəti ərazisinə tranzitini məhdudlaşdırıb.

Litvanın Kalininqrada tətbiq etdiyi nəqliyyat blokadası Rusiyada müharibə üçün bəhanə hesab olunur.

Peskov Litvanın Kalininqrad vilayətini blokadaya almaq qərarını “görünməmiş hadisə” adlandırıb.

“Bu, hər şeyin pozulmasıdır və cavab tədbirləri barədə düşünməyə məcburuq”, – Peskov deyib.

Rusiya Federasiyasının dövlət suverenliyinin müdafiəsi üzrə Federasiya Şurasının komitəsinin rəhbəri, senator Andrey Klimov da Litvanı hədələyib.

“Avropa İttifaqı Kalininqradın nəqliyyat blokadası ilə bağlı vəziyyəti düzəltməsə, Moskva “azad əl” problemini seçdiyimiz hər hansı vasitə ilə həll edəcək”, – Klimov bildirib.

Birinci Kanalın xəbərlərində artıq “Casus Belli” (müharibə elan etmək üçün bir səbəb) termini işlədilir. Lakin hamı bilir ki, Litva NATO üzvüdür və bu, birbaşa NATO-ya müharibə xəbərdarlığıdır.

Xuraman Etibarlı



Oxşar Xəbərlər

Xəbər lenti