LİTVA İLƏ ƏLAQƏLƏRİMİZ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR



 

"Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk”

İlham Əliyev

Məlum olduğu kimi, mayın 18-də Litva Respublikasının Prezidenti Gitanas Nauseda Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə təkbətək, daha sonra isə geniş tərkibdə görüşü olmuşdur. Görüşdən sonra hər iki dövlət başçısı mətbuata bəyanatlarla çıxış etmişlər. Elə həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Litva Respublikasının Prezidenti Gitanas Nauseda və xanımı Diana Nausedienenin şərəfinə rəsmi ziyafət verilmişdir. Ardından Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva biznes forumu keçirilmişdir. Görüşlərin dostluq və səmimiyyət şəraitində keçirilməsi ölkələrimiz arasında qarşılıqlı anlaşma və hörmətin olmasından xəbər verir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası ilə Litva Respublikası arasındakı mövcud ikitərəfli əlaqələrin kökləri hələ Azərbaycan Xalq Cümhuriyyəti dövrünə gedib çıxır. O dövrdə Bakıda Litvanın nümayəndəliyi yerləşirdi.SSRİ-nin tərkibində olduqları vaxtda da bu iki müttəfiq respublika arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra, 1992-ci ilin oktyabrından 1995-ci ilin noyabr ayınqədər Litvadövlətində Azərbaycan Respublikasının SəlahiyyətliNümayəndəliyi fəaliyyət göstərmişdir. İki ölkə arasında diplomatik əlaqələr 1995-cü ilin noyabr ayının 27-dəqurulmuşdur.

2007-ci il sentyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Litvaya ilk dəfə rəsmi səfər etmişdir. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilmiş, danışıqlar aparılmış, rəsmi sənədlərin imzalanma mərasimi olmuşdur. İmzalanan sənədlərdən ən mühümü "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında" birgə bəyannaməsi idi. Ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycan-Litva əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradan və bu münasibətlərə təkan verən hüquqi bazaya çevrilmişdir

lə o vaxt dövlət başçılarının geniş tərkibdə görüşündə Prezident İlham Əliyev demişdir: "Biz Litva ilə münasibətlərə böyük əhəmiyyət veririk və bu münasibətlər son vaxtlar xeyli inkişaf etmişdir. Litva və Azərbaycan vahid mövqelərdən çıxış edirlər, ölkələrimiz arasında heç bir problem yoxdur və əlaqələrimiz yüksələn xətlə inkişaf edəcəkdir".

Ölkə başçısının uzaqgörən siyasi baxışları bu gün bir daha öz təsdiqini tapır. Azərbaycanı etibarlı tərəfdaş kimi görən Avropa İittifaqının doqquz üzv ölkəsi Azərbaycan Respublikası ilə strateji əməkdaşlıq müqaviləsi bağlamışlarDövlətlərimiz Avropa İttifaqının "Avropa mehriban qonşuluq siyasəti" və NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramları çərçivəsində yüksək səviyyədə əlaqələrə malikdirlər. Azərbaycanın iqtisadi cəhətdən sürətlə inkişaf etməsi, ölkəmizdə iqtisadi sabitliyin mövcudluğu, 44 günlük Vətən müharibəsindəki uğurlu qələbəsindən sonra daha da artan nüfuzu, Ukraynadakı müharibə nəticəsində yaranan enerji qıtlığı Avropa İttifaqına üzv ölkələrin, o cümlədən də Baltikyanı ölkələrin ölkəmizə marağının daha da güclənməsinə səbəb olmuşdur. Litva Avropa İttifaqının və NATO-nun tamhüquqlu üzvüdür. Bu baxımdan Azərbaycan Litva ilə əməkdaşlığı, bu sahədə onun təcrübəsini əhəmiyyətli hesab edir. Dünyada yaranan siyasi vəziyyət Avropaya və Avratlantik strukturlara inteqrasiya siyasətini prioritet sahələrindən birinə çevirir.

Azərbaycan Litva ilə iqtisadi əlaqələrin genişləndirilməsinə, kapital qoyuluşuna, müxtəlif iqtisadi layihələrin birgə həyata keçirilməsinə xüsusi əhəmiyyət verir. Burada fəaliyyət göstərən Litva şirkətlərinin sayı artır. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan və Litva iqtisadi tərəfdaş kimi daha yüksək zirvələrə qalxmaq imkanı qazana bilər. İmzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə əməkdaşlığımızın əsas mahiyyətini əks etdirir...

Azərbaycan Prezidenti İlham Əliyev öz bəyanatında Ermənistanın təcavüzkar siyasətinin acı nəticələri, BMT-nin Təhlükəsizlik Şurasının, ATƏT-in və Avropa Şurasının qəbul etdiyi sənədlər əsasında Azərbaycanın ərazi bütövlüyünü özünün təmin etdiyindən danışmışdır. O, qeyd etmişdir ki, Azərbaycan bu gün Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir... “İndi Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır.

Litva Prezidenti ölkəsinin Avropa İttifaqı ilə Azərbaycan arasında daha fəal əməkdaşlığın tərəfdarı olduğunu qeyd edərək Azərbaycanın Avropa İttifaqının Şərq Tərəfdaşlığı platforması kontekstində çox önəmli ölkə və etibarlı strateji enerji tərəfdaşı olduğunu vurğulamışdır

Bəyanat zamanı Litva Prezidentinin Ukraynanı dəstəkləməsinin səbəblərindən biri də tarixi ədaləti bərpa etmək istəyindən irəli gəlir. Məsələ burasındadır ki, 1569-cu ildə Lüblin razılaşmasına (unii) əsasən “Moskvadan gələn təhlükəyə qarşı Polşa krallığının və Litva Knyazlığının federasiyası olan Reç Pospolitaya yaradılmışdır. İvan Qroznının özünü Bizansın varisi elan etməsi hələ XVII əsrdəMoskvanı ətraf xalqlar üçün böyük təhlükə mənbəyinəçevirmişdir. Bəzi xalqlar bu təhlükənin qarşısında təkbaşına davam gətirə bilməyəcəklərindən birləşirdilər. Buraya bugünkü Polşa, Ukrayna, Belarus, Litva, indiki Rusiyanın, Latviyanın, Estoniyanın, Moldovanın, Slovakiyanın ərazisinin bir hissəsi daxil idi. Peç Pospalitaya yaranarkən Moskva ilə müharibə vəziyyətində idi. Məlumdur ki, XVII əsrin ikinci yarısında Rusiyanın əsas məqsədlərindən biri də Reç Pospolitaya dövlətinin tərkibindəki Ukrayna və Belorusiya torpaqlarını işğal edərək özünə qatmaq və bununla da Qara dəniz sahillərinə yiyələnmək idi. Baş verən sonrakı hadisələrin nəticəsində XVII əsrin sonlarında Ukrayna və Belorusiyanın tamamən, daha sonra isə Litvanın Rusiyaya daxil edilməsi prosesi başa çatdı. II Yekaterina 1700-cü illərin ikinci yarısında torpaqları rus məmurlarına, zadəgan və generallarına paylayır, buərazilərə çoxlu sayda rus kəndlisi köçürürdü...

1926-cı ildə Litvada ayağa qalxan xalq ordunun dəstəyilə hakimiyyəti ələ almış, kommunist partiyasının bütün üzvləri tutaraq rəhbərləri güllələmişdir. 1940-cı ildə Çar Rusiyasının imperiya siyasətini davam etdirən SSRİ-nin hərbi təlimlər adı altında Litvanı (eləcə də digər Baltikyanı dövlətləri – Estoniya və Latviyanı) işğal etdiyi vaxta qədər ölkə müstəqilolmuşdur... 

Bu gün Litva da Azərbaycan kimi müstəqil dövlət olaraq öz maraqları çərçivəsində müstəqil siyasət yürüdür. Avropa İttifaqı və NATO-nun fəal üzvü olan bu Baltikyanı ölkə ilə etibarlı tərəfdaşlıq Azərbaycan üçün də yeni üfüqlər açır... 

Güllü Yoloğlu

tarix elmləri doktoru



Oxşar Xəbərlər

Xəbər lenti