“Brüsselin regionda gizli planının olduğuna dair şübhələr güclənir”

Aİ-nin Cənubi Qafqaz siyasətinin arxasında duran əsl səbəb Rusiyanı regiondan sıxışdırmaq, onu geosiyasi qarşıdurma meydanına çevirməkdir”.
Sozcu.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib
“Məqsədi Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək olan missiyanın işə salınması birtərəfli qaydada, qeyri-konsensual əsasda, Azərbaycan tərəfinin və digər regional oyunçuların razılığı olmadan həyata keçirilir”, - deyə Zaxarova bildirib.
Onun fikrincə, Aİ-nin Bakı və İrəvandakı missiyasının hesabatlı olmaması Brüsselin regionda gizli planının olduğuna dair şübhələri gücləndirir və bu, təkcə Moskvada suallar doğurmur.
"Avropa İttifaqı "ekspertlərinin" Ermənistan-Azərbaycan sərhədində şübhəli fəaliyyətindən heç bir "əlavə dəyər" yoxdur. Üstəlik, onlar təhlükəsizliyi və Rusiyanın həlledici rolu ilə əldə olunan atəşkəs razılaşmalarına əməl etməyi təmin edə bilmirlər. Bölgədə sülhün real təminatı Rusiya sülhməramlı kontingentinin mövcudluğu olaraq qalır”, - o əlavə edib.
Zaxarova qeyd edib ki, Moskva regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsində Bakı və İrəvana yardımı davam etdirəcək.

Yeniavaz.com



Oxşar Xəbərlər

Xəbər lenti