27-09-2024, 11:44
19-09-2024, 00:17
19-09-2024, 00:12
18-09-2024, 21:22
15-09-2024, 11:28
Əvvəlcə istədim yazının adını “Qisas qiyamətə qalmadı qoyam. Amma sonra fikrimdən daşındım. Birincisi, bu ad çox sərt, çox radikal, çox amansız alınırdı. İkincisi isə bizim yolumuz “qisas” yolu deyil. Yaxşı, bəs qisas üçün deyilsə, biz bu əməliyyatı nə üçün başladıq?Bu əməliyyatın adını nə qoyursan qoy, onun bircə məqsədi var: yekun zərbə ilə haqqın nahaq üzərindəki qələbəsini yekunlaşdırmaq! O haqq ki, otuz ildən artıq boynu bükük, əli qoynunda qalmışdı... Onuda anlayırıq ki, haqq dediyimiz zora söykənməməlidir. Amma nə edəsən ki, qarşı tərəf insanlığını tamamilə itirmişdi. Belə olanda başqa yol qalmadı. Məcbur olub onların anlayacaqları dildə danışdıq. Fikir verirsinizsə mən “qarşı tərəf”, “onlar” deyirəm. Həmin o “qarşı tərəfin”, “onların” bizə dedikləri kimi onlara “düşmən” demirəm. Bilirsinizmi niyə? Ona görə ki, onların hələ də yola gələcəklərinə, ağıllanacaqlarına inanıram. Amma heyhat ... Ümidverici bir şey görünmür. Bunlar söz anlayana oxşamırlar. Bircə yalvarmağa, ağlayıb-sızlamağı bacarırlar.Bir vaxtlar öz böyüklərinin, sahiblərinin qarşısında çox ağlayıb, yalvardılar. İnsafən nəyəsə nail də oldular. Daha ünvan dəyişiblər: İndi bizim qarşımızda diz çökürlər. Bir vaxtlar onlara vəd etdiklərimizin yüzdə birindən ötrü dil çıxarıblar. Amma indi çox şey dəyişib: nə zaman həmin zamandır, nə də biz həmin bizik – nə şirin dilə, nə də göz yaşına inanasıyıq. Keçdi o zamanlar ki, vahid rəhbərin, vahid rəhbərliyin olmaması ucbatından vurnuxub-vurnuxub dişimiz bağırsağımızı kəsə-kəsə qalmışdır. İndi bir yumruquq. Həm də sadəcə yumruq yox, Dəmir yumruq!!! Üzümüzə kəc baxanın başına elə deyirik ki, gözləri bərələ-bərələ qalır.Elimizdə belə bir məsəl də var. Deyir: “Kiş deyirsən getmir, vurursan, ölür”. Ulduza hürən ağılsız köpəklər kimi uzaqdan – uzağa hürənlər Azərbaycan əsgəri qarşısında bir sutkadan da az – cəmi 23 saat 45 dəqiqə duruş gətirdilər. Ən sonuncu alçaqlığa da əl atdılar: sonradan vay-şüvən salmaq üçün qadınları, qocaları, uşaqları hərbi hissələrin yanında yerləşdirdilər. Əslində bir onların sifətlərini döyüşdən qaçmasın deyə zəncirləyəndə görmüşdük. Amma bu da keçmədi. Çünki Azərbaycan əsgəri o dərcədə savadlanmış, ən müxtəlif silahların sirrinə o dərəcədə yiyələnmişdi ki, onların lazım olanlarına yorğanın altından da tapıb çıxara bilər.Deyəsən bu yazı bir bədii, emosional alındı. Qoy olsun. Qəlbim qələbədən elə dolub ki, başqa cür yaza bilmədim. Bircə onu deyim ki, bu qələbə xalqın, ordunun, Ali Baş Komandanın əsəridir. Qoy elə sonluğu da adını unutduğum şairin incə misrası ilə bitirim.
Kəmalə Məmmədova
Suraxanı rayonu, 270 nömrəli tam orta məktəbin direktoru
Sozcu.info