Zəfərin mübarək, Azərbaycan!

Bu gün xalqımız xoşbəxtdir ki, Azərbaycanın suverenliyi tam şəkildə bərpa edilmişdi. Tarixi torpaqlarımız olan Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə isə Azərbaycan Bayrağı qaldırılmışdı.
Noyabrın 8-də Qarabağın ayrılmaz hissəsi olan Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Xalqımızın hərb tarixinə yazılan hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev çıxış edərəksöylədi ki, “İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Üç il bundan əvvəl Qarabağın tacı olan Şuşa şəhəri işğalçılardan azad edildi. Ondan bir gün sonra düşmən ordusu təslim oldu və ağ bayraq qaldırdıMilli həmrəylik. Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz əməyimizlə, işimizlə yaxınlaşdırırdıq.” 
Hər zaman sözü və əməli bir olan Prezident İlham Əliyevdedi: “Birinci dəfə Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsindəqaldıracağıq.”Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrimizindöyüş meydanında cəsarət, qəhrəmanlıq, fədakarlıq göstərərək düşməni əzəli torpaqlarımızdan qovduğunu, Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmadığını, Şuşa əməliyyatının qəhrəmanlıq dastanı olduğunu, Azərbaycanın əsgər və zabitinin əsl qəhrəmanlıq göstərərək döyüş meydanında düşməni məğlub edərək, şəhər və kəndlərimizi azad etdiyini və Azərbaycan Silahlı Qüvvələrinin bir nəfər də olsun hərbçisinin döyüş meydanını tərk etmədiyini və 44 günlük müharibə zamanı Ermənistan ordusunda isə 12 min fərari olduğunu qeyd etdi.Sonra Prezident İlham Əliyev bildirdi ki, “Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. İllər keçdikcə sülhə ümidlər tükənirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaqAzərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Ancaq Azərbaycan xalqını haqq yolundan heç kim döndərə bilməzdi. Şuşa Zəfərindən sonra düşmən faktiki olaraq kapitulyasiyaya hazır idi. O vaxt bizim Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. Müharibənin o vaxt dayandırılması bizim şüurlu seçimimiz idi və artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında hərbi paradı keçirməyimiz bir daha onu göstərir ki, həmin gün qəbul etdiyimiz qərar düzgün idi.Prezident İlham Əliyev qeyd etdi ki, 4 il bundan əvvəl Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi. Biz göstərdik ki, Qarabağ Azərbaycandır, döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq və bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin.” Daha sonra hərbi paradda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev söylədi ki, “20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik.Bəli, indi hamılıqla Xankəndidə dalğalanan üç rəngli bayrağa baxaraq, çox qürurluyuq. Sevinirik ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycanin Müzəffər Ordusu bizi 30 ildən çox həsrətində olduğumuz torpaqlara qovuşdurub.Tarixi Böyük Zəfəri bizə bəxş edən Möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevə bir daha təşəkkür edirik! 

Zəfərin mübarək, Azərbaycan! 

Arzu Məmmədova

Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}