Dünən, 21:18
18-05-2026, 12:32
8-05-2026, 18:42
5-05-2026, 23:48
28-04-2026, 12:14
Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp iyulda ona qarşı edilən sui-qəsdə hazırkı prezident Co Bayden və vitse-prezident Kamala Harrisin apardığı siyasətin şərait yaratdığını iddia edib.Sozcu.info xəbər verir ki, bu barədə o, teleaparıcı Fil Makqrou ilə müsahibədə sui-qəsd cəhdini şərh edərkən danışıb.“Düşünürəm ki, sui-qəsd cəhdində müəyyən dərəcədə Bayden və Harrisin günahı var. Onlar hökuməti mənə qarşı yönəltməyə çalışdılar, mənim sağlamlığım və təhlükəsizliyimlə maraqlanmadılar”, - deyə keçmiş prezident bildirib.Onun sözlərinə görə, Bayden və Harris Məxfi Xidmətin işini çətinləşdirib.“Onlar mənə kifayət qədər məxfi xidmət mühafizəsinin təyin edilməsinə mane oldular”, - Tramp əlavə edib.