İran Amerikanı Hörmüz boğazını bağlayacağı ilə hədələyir:ekspertlər Tehranın bu cürətdə olacağına şübhə edirlər – Təhlil

 

Hörmüz boğazı

 

İqor Subbotin

Nezavisimaya gazeta, 08.07.2018

 

İran hərbi-siyasi rəhbərliyi Hörmüz boğazından keçən neft ixracatını birtərəfli qaydada bağlamağı vəd edir. İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandirlərindən İsmayıl Qusari bu cür bəyanatla çıxş edib. O, əlavə edib ki, bu, Birləşmiş Ştatların başqa ölkələrə Tehrandan qara qızıl almağı yasaqlamaq qərarına cavab olacaq.

Tehranda İİKK-in "Səralla” bazasının komandir müavini olan İsmayıl Qusari bildirib: "O, (Birləşmiş Ştatlar-NG) İran neftinin ixracatını önləməyə hazırlaşırsa, biz bunun Hörmüz boğazı üzərindən başqa ölkələrə çıxarmağa imkan verməyəcəyik”.

Türkiyə köşə yazıçısı Kərəm Alkin hələ bu ilin yanvarında İran və Səudiyyə Ərəbistanı arasındakı potensial münaqişəni şərh edərək qeyd edib ki, mümkün kəskinləşmə hər gün Hörmüz boğazı vasitəsilə başqa ölkələrə ixrac edilən 20 milyon barrel neftin bağlanmasına səbəb olacaq. "Bu halda Avropa və Asiya ABŞ-ın qapısını döyməli olacaq. Keçməli olacağımız hər şey 2030-2060-cı illərdə kürəsəl enerji təchizatı sahəsində ABŞ mövqeyinin nəticəsi kimi meydana çıxacaq Afrika uğrunda müharibədir”. Tehranın son təhdidlərinin Vaşiqntonun onu ticarət savaşına soxmaq istəyi ilə bağlı olduğu faktı Alkinin dəlillərini aktuallaşdırır.

Oman körfəzini Fars körfəzinə bağlayan Hörmüz boğazını bağlamaq vədi birinci dəfə səslənmir. İran rəhbərliyinin neft tankerlərinin keçidini özbaşına bağlamaq hədələri 2011-də də yayılmışdı – antiiran sanksiyaların müzakirəsi axınında. O zaman dünya birliyi mümkün riskləri ciddi ölçüb-biçməli oldu. Düzdür, o vaxt Hörmüz boğazından keçən gündəlik neftin həcmi 17 milyon barrel dəyərləndirilib ki, bu da ABŞ hökumətinin rəsmi qiymətinə əsasən, bütün dünya neftinin 20%-i təşkil edib. O vaxt Pentaqon başçısı postunu tutan Leon Panetta 2012-ci ildə Tehran Fars körfəzindən neft nəqlinə hansısa şəkildə təsir etməyə cürətlənsə, hərbi əməliyyat keçirməyə söz vermişdi.

Amma ekspert mühitində hesab edirlər ki, İranın hədələri yerinə yetirilməzdir. "Hörmüz boğazı istisnasız olaraq İranın istifadəsində deyil, – Ali İqtisadiyyat Məktəbi siyasi elmlər departamentinin baş müəllimi Leonid İsayev "NG”-yə bildirib. – O, nəzəri olaraq bağlansa, çox ciddi zərbə endiriləcək. Fars köfəzi ölkələrindən istehlakçılara bütün gəmilər oradan keçir. Məsələn, Səudiyyə Ərəbistanının şərqində yerləşən hər şey Hörmüz boğazından keçir və yoluna davam edir. Başqa yandan, orada Oman var və keçidlər tənzimlənir (təkcə İran tərəfindən deyil-NG). Amma bu, istisna etmir ki, hansısa fitnələr ola bilər. Hərçənd İran indi buna bənzər nəsə təşkil etmək iqtidarında deyil. Fitnələr yaratmaq İran rejiminin iyrəncliyi haqda amerikalıların dəyirmanına su tökməkdir”.

Hörmüz boğazı rayonunda fitnəkarlıqlar həqiqətən artıq baş verib. Deməli, 2017-nin yayında ABŞ dəniz piyadası Korpusunun helikopterlərindən biri Amerika gəmilərilə birlikdə Fars körfəzindən keçən ticarət gəmisini müşayiət edərkən İran HDQ-nin raket kateri ona lazer şüası göndərib. O vaxt ABŞ Müdafiə Nazirliyinin rəsmi təmsilçisi Uilyam Urban dəqiqləşdirib ki, iranlılar tərəfindən habelə projektor işlədilib.

Həmin ilin yazında qeydə alınıb ki, İİKK-ə məxsus gəmilər Amerika gəmisinin 548 metrliyindən keçərək onu öz kursuna düzəliş etməyə məcbur edib. Amerika qüvvələri hətta xəbərdarlıq atəşi açmalı olub. Deməli, məsələn, 2017-nin yanvarında ABŞ HDQ-nin "Mahan” esminesinin komandası İran hərbi katerləri qrupunun ona təhlükəli məsafədə yaxınlaşmasına reaksiya verib.

Ekspert mühitində hesab edirlər: İran rəhbərliyi sərt hərəkətlərə cürət etməyəcək. "Vyana sazişləri bağlanan andan bəri üç il boyunca İranın avropalılarla mal dövriyyəsi üç dəfə artıb – 5 milyarddan 17 milyard avrodan yuxarı, – Leonid İsayev "NG”-yə xatırladıb. – Sonrakı artım üçün potensial var. Tehran indi maraqlıdır ki, ABŞ tərəfdən bütün qınaqlara baxmayaraq, özünü sivil dövlət kimi aparsın. Son hədələrin hamısı daha çox ritorikadır. Mayda ABŞ İran "nüvə sazişi”ndən çıxdığını elan edərkən iranlılar çox danışırdılar ki, onlar da çıxacaqlar, hətta sazişin mətnini parlamentdə yandırıblar. Və heç nə baş verməyib. Aydınlaşdığı kimi, Tehran onu bundan sonra da yerinə yetirməyə tam hazırdır. Çox ehtimal ki, bu, İran siyasi isteblişmentinə xas olan antiamerrikaçılığın növbəti gurultusudur”.

İİKK tərəfdən hədələr İran prezidenti Həsən Ruhaninin iyulun 2-də start götürmüş Avropa turnesi fonunda  səslənib. O, birinci olaraq Bernə səfər edib və isveçrəli həmkarı Alen Berseylə görüşüb. Növbəti təyinat məntəqəsi Vyana olub. Xatırladaq ki, Avstriya ilin sonunadək AB Şurasında sədrlik edəcək. İslam Respublikası başçısı Avstriya paytaxtında MAQATE-nin baş direktoru Yuki Amano ilə görüşüb. "Nüvə sazişi” Ruhaninin bütün danışıqlarının diqqət mərkəzində olub. "İranın nüvə fəaliyyəti həmişə dinc məqsədlər izləyib, – Ruhani Amano ilə görüşün yekunu üzrə bildirərək paralel şəkildə qeyd edib. – MAQATE ilə əməkdaşlığın səviyyəsinə dair qərarı İran qəbul edəcək”.

Tərcümə Strateq.az-ındır.



Oxşar Xəbərlər

Xəbər lenti