Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Əvvəlki
Sonrakı
BAKIDA ƏMLAK QİYMƏTLƏRİ YENİDƏN ARTDI
Regionlar üzrə qiymətlər + CƏDVƏL
7-07-2026, 21:32
Prezident ARDNF ilə bağlı ÖNƏMLİ QƏRARI təsdiq etdi
7-07-2026, 01:18
Tramp İranı atəşkəsi pozmaqda ittiham edib
26-06-2026, 21:14
İlham Əliyev Sərdar Berdiməhəmmədovu Füzulidə qarşıladı
-FOTO
23-06-2026, 12:29
Bakının bəzi ərazilərində işıq kəsiləcək
23-06-2026, 00:52
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
BAKI-İRƏVAN DANIŞIQLARI SÜLHƏ APARACAQMI? - Paşinyan geri çəkilə bilər, amma...
Xarici İşlər Nazirliyinin(XİN) sözçüsü Leyla Abdullayeva bildirib ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin növbəti görüşü keçirilə bilər
. Xatırladaq ki, müharibədən sonra nazirlərin ilk və sonuncu görüşü sentyabrın 24-də Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Birləşmiş Millətlər Təşkilatının sessiyası çərçivəsində gerçəkləşib.
L. Abdullayevanın açıqlamasında əsas vurğu Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 10 noyabrda imzaladığı üçtərəfli bəyanatın icrasına salınıb:
"Hazırkı mərhələdə üç dövlətin liderlərinin imzaladığı birgə bəyanatların icrasına ciddi diqqət yetirilməlidir. Bəllidir ki, bu xüsusda bir sıra açıq məsələlər var. Hesab edirik ki, kommunikasiyaların açılışı, sərhədlərin delimitasiyası üzrə danışıqların başlaması bölgədə dayanıqlı sülhün qurulması istiqamətində konstruktiv irəliləməyimiz üçün sağlam zəmin yarada bilər".
Təxminən 1 aydan sonra sözügedən bəyanatın imzalanmasından 1 il ötəcək. Amma Azərbaycanın tələbi ilə bu sənədə daxil olunan 3 vacib bəndin icrası hələlik ləngidilir. Qarabağın kiçik bir hissəsinə sığınmış erməni silahlı birləşmələrinin qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, daxili kommunikasiyaların açılması və köçkünlərin BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılması istiqamətində hələlik hər hansı ciddi addım atılmayıb.
Məlumdur ki, bəyanat Rusiyanın vasitəçiliyilə imzalanıb, ona uyğun olaraq bu ölkənin sülhməramlı kontingenti Qarabağa, Laçın dəhlizinə yerləşdirilib. Amma rəsmi Moskva bu günə qədər sənədin icrasının təmin edilməsinə məsul olduğunu açıqlamayıb. Kremldən, Rusiya XİN və Müdafiə Nazirliyindən vaxtaşırı verilən açıqlamalarda bəyanatın tam icrasının məsuliyyəti tərəflərin üzərinə qoyulub.
Azərbaycan rəhbərliyi bu barədə Rusiya tərəfi ilə danışıqlar aparır. Mediaya sızan informasiyalardan məlum olur ki, rəsmi Moskva sənədin tam icrası ilə bağlı müəyyən şərtlər irəli sürür. Ekspertlər ilk növbədə Kremlin sülhməramlıların mandatına dair ikitərəfli müqavilə imzalanmasını istədiyini önə çəkirlər.
Düzdür, belə bir tələbin olduğuna dair Bakıdan rəsmi açıqlama olmayıb. Amma Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev bildirib ki, Rusiya Azərbaycanın şərtlərini qəbul etmək istəmir. Söhbət kommunikasiyaların açılması, erməni ordusunun qalıqlarının Azərbaycan ərazilərini tərk etməsi, köçkünlərin BMT-nın Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında geri qaytarılmasından gedir. Hər üç məsələnin həlli Azərbaycan üçün prioritetdir.
Leyla Abdullayevanın dediklərindən isə məlum olur ki, Azərbaycan Ermənistanla gözlənilən diplomatik təmasda bu məsələni qaldıracağını açıqlayıb. Ehtimal ki, Bakı Rusiya ilə bu məsələləri həll etmək perspektivinin olmadığı qənaətinə gəlib.Bakı-İrəvan birbaşa təmaslarında münaqişənin tam həllinə nail olmaq üçün öhdəliklər sənədinin tam icrası müzakirə olunacaq. Eləcə də yaxın perspektivdə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə keçirləcəyi gözlənilən İlham Əliyev- Nikol Paşinyan görüşündə bu məsələnin Bakının əsas prioriteti olacağı gözləniləndir.
Şübhəsiz ki, xarici işlər nazirlərinin bir araya gəlməsi həm də liderlərin görüşünə hazırlıq məqsədi daşıyır. İlk növbədə masaya yatırılacaq mövzularla bağlı ortaq mövqe nümayiş etdirilməlidir. Düzdür, tərəflərin mövqeyində hələlik ciddi yaxınlaşma müşahidə olunmur. Xüsusən Ermənistan normal sülh danışıqlarını əngəlləyən qeyri-real tələblərlə çıxış edir. İrəvan hələ də Qarabağda qalan ermənilərə status verilməsi məsələsində israr edir. Azərbaycan rəhbərliyi isə artıq münaqişənin bitdiyini və erməni azlığına heç bir status verilməyəcəyini bəyan edib.
Bakı təkilf edir ki, danışıqlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması imkanlarını əhatə etsin. Ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası, 10 noyabr sənədinin tam şəkildə icra olunması və s. bura daxildir.
Bununla yanaşı son günlər həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi tərəfindən verilən açıqlamalar tərəflər arasında müəyyən razılaşmaların olacağını gözləməyə əsas verir. İrəvanın Naxçıvana Ermənistanın hava məkanından keçməklə uçuşlara icazə verməsi, Azərbaycanın da eyni addımı Ermənistan üçün atması bu istiqamətdə atılmış ilk önəmli addım hesab oluna bilər. Ermənistanın Baş naziri N.Paşinyanın son günlərdə verdiyi açıqlamalar da müsbət siqnallar kimi qəbul edilir.
Amma onu da nəzərə almaq lazımdır ki, Ermənistan rəhbərliyinin siyasi iradə nümayiş etdirərək hazırki destruktiv mövqedən geri çəkilməsi münasibətlərin normallaşdırılması üçün yetərli olmaya bilər. Proseslərin gedişi əsasən İrəvana ciddi təsir imkanları olan Moskvanın hansı mövqe tutmasından asılı olacaq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçidə Putnlə apardığı danışıqlarda bu məsələlərin müzakirə olunduğu, müəyyən razılıqların əldə edildiyi ehtimal olunur. Ancaq bununla belə Moskvanın Paşinyana bütün məsələlərdə konstruktiv mövqe tutmasına imkan verəcəyi də problematik görünür.
Bu ərəfədə Ermənistanda Rusiyaya sıx bağlı Robert Koçaryan - Serj Sarqsyan cütlüyünün aktivləşməsi heç də təsadüfi görünmür. Onlar Paşinyan iqtidarını təslimçilikdə, dövlətin, xalqın maraqlarını Azərbaycana satmaqda ittiham edirlər. Mümkündür ki, Moskva Paşinyanın kompromis axtarışlarından narahat olaraq daxildən ona təzyiqləri artırmağa başlayıb
.
Yəni, istər Minsk Qrupunun vasitəçiliyi, istərsə də Bakı ilə İrəvan arasında birbaşa danışıqların başlaması iki ölkə arasında sülhün əldə olunmasına müəyyən ümidlər yaratsa da, yaxın dövrdə problemin ədalətli və birdəfəlik həllini gözləmək çətindir. Liderlər, nazirlər danışa, görüşə bilərlər, amma real addımların atılması Ermənistanın reallıqlara söykənməyən destruktiv mövqedən geri çəkilməsindən asılı olacaq. Moskva Paşinyanın belə addımlar atmasına imkan verəcəkmi, bunu zaman göstərəcək...
Oxşar Xəbərlər
Gələcəkdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü istisna olunmur
BAKI-İRƏVAN DANIŞIQLARI SÜLHƏ APARACAQMI? -
Ceyhun Bayramov Viktoriya Nulandla görüşüb - "Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndiririk"
ATƏT lideri: "Əliyev-Sərkisyan görüşü istisna deyil"
Xəbər lenti
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Növbəti 3 günlə bağlı
Xəbərlər
Prezident onlara qonaq getdi -
Fotolar
İlham Əliyev:
Xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
İlham Əliyev:
Bütün Azərbaycan xalqı üçün bayramdır
Prezident İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində sakinlərlə görüşüb
“WhatsApp” sizə bildiriş göndərəcək:
Doğum günlərini...
Dəhşətli təyyarə qəzası: ölənlər var
Dünya bu DƏHŞƏTLİ GÖRÜNTÜLƏRDƏN danışır - FOTOLAR
Maşın almaq istəyənlərə VACİB XƏBƏR
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
SON DƏQİQƏ! Sürətlə Yerə yaxınlaşır -
Tarix AÇIQLANDI
Məktəbin həyətində 22 yaşlı gənc bıçaqlandı
Ukrayna dəhşətli hücuma başladı: 270 dron...
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Gənc yazıçı Natiq Əliyevin "Hiss" romanının təqdimatı keçirildi
Foto
Azərbaycan axtarışda olan şəxsləri Özbəkistana təhvil verdi
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Bakı-Naxçıvan reysləri buna görə ləğv edilirmiş - RƏSMİ
Səfirlik Bakıda yeni bina tikəcək
Balakəndə qəbiristanlıq su altında qaldı -
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI
İcbari tibbi sığortada mühüm yenilik –
Kağız şəhadətnamə ləğv olunur?
Ağcabədidə 19 bıçaq zərbəsi alan 7 yaşlı uşağın son vəziyyəti açıqlandı
"Mənsum İbrahimova bənzəməyə çalışıram, idealımdır" -
Foto
Əlavə xərc tələb etməyən və sağlamlığı yaxşılaşdıran beş səhər vərdişi
Əhaliyə XƏBƏRDARLIQ:
Bu ərazilərdə işıq olmayacaq
Kamran Əliyev yeni vəzifəyə TƏYİN OLUNDU
MİQ imtahanları bu tarixdən başlayacaq -
Açıqlandı
Elşad Xosedən polisə şikayət olundu
Rusiya Ukraynada sərnişin avtobusunu vurdu
Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ -
QİYMƏTLƏR
SON DƏQİQƏ:
Prezident FƏRMAN imzaladı
"Ay qızım, kömək elə…” –
Bakıda eskalator zülmü - Reportaj/Foto
Qazaxda çəkilən BU GÖRÜNTÜLƏR müzakirələrə səbəb oldu - FOTO
Bir daha restorana gedəndə buz istəməyin:
Mütəxəssislər səbəbini açıqladı
Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Ceyhun Bayramov:
Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb
Bakının bir sıra yollarında tıxac yaranıb
İran XİN ABŞ-yə kömək edən ölkələri hədələdi
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
Azərbaycanda bu işə minlərlə insan cəlb olunacaq —
Açıqlama
Ece İrtemin ölüm səbəbi məlum oldu
Xarici işlər nazirinin iki müavininə səfir rütbəsi verilib
Prezident Şuşa şəhəri haqqında qanunda dəyişiklik etdi
Prezident fərman imzaladı - Qadağan edildi
Prezident bu vəzifəni energetika nazirinə həvalə etdi -
Sərəncam
Azərbaycan bu ölkə ilə viza rejimini ləğv edir
Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
PRİZMA
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarının xərci 132 milyard dolları ötüb
SOSİAL
1
2
3
4
5
6
Növbəti 3 günlə bağlı
Xəbərlər
Növbəti 4 günə diqqət! –
ŞOK XƏBƏRDARLIQ EDİLDİ
Arıqlamaq üçün ən faydalı iki bitki:
Düyü və qarabaşağın fərqi nədir?
Hava pisləşəcək:
İntensiv yağış yağacaq, sel keçəcək
Azərbaycanda 4 mindən çox şəxs fəxri ada görə təqaüd alır
Kirayə mənzil bazarı ilə bağlı
SON DƏQİQƏ AÇIQLAMASI