7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Quba-Xaçmaz Regional Təhsil İdarəsində növbəti kadr təyinatı həyata keçirilib.
İki gün əvvəl idarənin inzibati təşkilat sektorunun müdiri vəzifəsində dəyişiklik edilib.
Belə ki, sektorun sabiq müdiri Fikrət Heybətovun yerinə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Coşqun Əliyevin əmri ilə Kamran Əliyev təyin olunub.
Kamran Əliyev uzun illər Qubadakı liseylərdən birinin direktoru vəzifəsində çalışıb.
Qeyd edək ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsindən sözügedən təyinatla bağlı məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib.\\Bizim.Media