7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Rusiyaya məxsus FPV tipli pilotsuz uçuş aparatı Xerson şəhərinin mərkəzi küçələrində hərəkətdə olan sərnişin avtobusuna hücum edib.Sozcu.info xəbər verir ki, Ukrayna Milli Polisinin yaydığı rəsmi məlumata görə, hücum nəticəsində 8 mülki vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zərbə nəticəsində yaralananlar arasında 38 yaşından 76 yaşına qədər olan altı qadın, habelə 60 və 74 yaşlarında iki kişi var. Hadisə yerinə dərhal cəlb olunan təcili tibbi yardım briqadaları yaralıları xəstəxanaya çatdırıb. Həkimlər xəsarət alanlarda ağır partlayış travmaları, kontuziyalar və çoxsaylı qəlpə yaraları qeydə alıblar.Ukrayna hüquq-mühafizə orqanları baş vermiş hadisəni beynəlxalq humanitar hüququn pozulması və ağır hərbi cinayət faktı kimi sənədləşdirərək araşdırmalara başlayıb.
Musavat.com