7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.
Onun tövsiyələrini "Daily Mirror" nəşri dərc edib.
Əmir Xanın sözlərinə görə, günə bir stəkan su ilə başlamaq lazımdır, çünki yuxudan sonra orqanizm maye çatışmazlığı yaşayır. Həmçinin həkim səhər ən azı 10-20 dəqiqəlik küçəyə çıxmağı tövsiyə edib, çünki günəş işığı bioloji saatını tənzimləməyə, yuxunu yaxşılaşdırmağa və gün ərzində enerji səviyyəsini artırmağa kömək edir.
Mütəxəssis daha bir faydalı vərdiş kimi ot üzərində ayaqyalın gəzməyi göstərib. Onun sözlərinə görə, belə təcrübə ayaqlarda sinir uclarını stimullaşdırır, tarazlığın inkişaf etdirməyə və rahatlamağa kömək edir. Bundan əlavə, həkim təbiətin səslərini, məsələn, quşların oxumasını dinləməyi tövsiyə edib, çünki bunlar stresi azaltmaq və əhvali-ruhiyyəni yaxşılaşdırmaq üçün faydalıdır.
Həkimin son məsləhəti isə aramla və dərindən beş dəfə nəfəs almaqdır. Onun sözlərinə görə, bu texnika parasimpatik sinir sistemini aktivləşdirməyə, ürək döyüntüləri tezliyini azaltmağa və stresin orqanizmə təsirini azaltmağa kömək edir./Oxu.Az