UKRAYNADA AZƏRBAYCANLILAR ATƏŞƏ TUTULUB - Ölənlərin kimliyi məlum olub (Yeniləndi)

Ukraynanın Odessa şəhərində həlak olan azərbaycanlıların kimliyi məlum olub.
Sozcu.info-nun Şərqi Avropa bürosunun məlumatına görə, onlar Rəhim İsmayılov, Qabil İsmayılov və Nemət İsmayılovdur.
Hər üç şəxs yaxın qohumdurlar.
Xatırladaq ki, ötən gecə Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin avtomobil karvanı diversiya qrupu tərəfindən atəşə tutulub. Nəticədə 3 azərbaycanlı dünyasını dəyişib. 
***
Ukraynadan Moldovaya keçmək istəyən azərbaycanlılar gülləbaran edilib.
Bu dəhşətli məlumatı Odessada yaşayan azərbaycanlı Anar Natiqoğlu verib. O, öz sosial şəbəkə hesabında yazıb: "Bir saat öncə Odessa şəhərindən 60 km aralıda, sərhəd qoşunları hərbçiləri formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar 7-8 maşından ibarət olan əslən Kəlbəcər rayonundan olan soydaşlarımızın kolonunu tanınmamış Pridnestrovye ilə sərhəd Kuçurqan keçid məntəqəsi yaxınlığında gülləbaran edib. 
Hadisə şahidlərinin dediyinə görə, 3 həmvətənimiz dünyasını dəyişib, 4-5 yaralı var. 
Allah dünyasını dəyişənlərə rəhmət eləsin, günahsız insanların qanına susamış terrorçuların bəlasını versin!!!"


Oxşar Xəbərlər

Xəbər lenti