Xalq artisti Ağadadaş Ağayev qanunlara və cəmiyyətə meydan oxuyur

Xalq artisti Ağadadaş Ağayevin 22 iyul tarixində “Medera” hospitalının mühafizəçisinə baltalı hücumu cəmiyyətdə böyük narazılıq doğurub. Sosial şəbəkə aktivləri Ağadadaş Ağayevin bu əməlinə sərt etiraz edərək, onu qətiyyətlə pisləyiblər. Xalq artistnin bu əməli qanunlara və cəmiyyətə meydan oxumaq kimi dəyərləndirilir. “Medera” hospitalından Sozcu.infoya bildiriblər ki,

Bu hadisədən bir gün öncə, axşam saatlarında səhhətində yaranan problemlə bağlı hospitala müraciət edən Ağadadaş Ağayevə müfaviq tibbi yardım göstərilib və o evə buraxılıb. Səhəri gün, saat 7 radələrində “Medera” hospitalın mühafizəçisi Nürəddin Cəlilova qarşı soyuq silah, balta ilə hücumunun “Medera” hospital ilə heç bir əlaqəsi yoxdur. Sadəcə özünün qanun və cəmiyyətdəki davranış qaydalarının üstündə hesab edən Ağadaş Ağayevın törətdiyi xuliqanlıq nəticəsində hospitalın əməkdaşı Nəzakət Paşayeva ayağından xəsarət alıb. Ağadaş Ağayevin mühafizəçiyə atdığı balta Nürəddin Cəlilovun hücumdan yayınmasından sonra divara dəyərək istiqamətini dəyişib və Nəzakət Paşayevaya dəyib. Xalq artisti adına yaraşmayan bu hadisə daha ağır nəticə ilə də başa çata bilərdi. 

Hospitalın əməkdaşlarının və xəstələrin həyatına təhlükə yaradan Ağadadş Ağayev cəmiyyətdən  üzr istəmək, özünü ədalətə təslim etmək əvəzinə böyüdüləcək bir hadisə olmadığını bildirib. Cəmiyyətə və qanunlara meydan oxuyan Ağadadaş Ağayevin qarşısını alan isə mühafizəçi Nürəddin Cəlilov olub. Nürəddin Cəlilovun müqavimətindən sonra Ağadadaş Ağayev geri çəkilmək məcburiyyətində qalıb. Məlumat üçün qeyd edək ki, Nürəddin Cəlilov “Vətən N” Mühafizə Şirkətinin rəhbəri Valeh Sultanov  ilə baglanmış muqaviləyə əsasən hospitalın mühafizəsini həyata keçirir. Ağadadaş Ağayevin hücumunun qarşısını alarkən Nürəddin Cəlilov burundan xəsarət alıb. Bununla bağlı klinikaya müraciət etmiş və ona tibbi yardim göstərilmişdir.

Tanınmış sənət adamının belə hərəkəti çox böyük təəssüf doğurur. Çünki tanınmış şəxslərin davranışları bir qayda olaraq gənclərə, hüquq və cəmiyyətdə davranış qaydaları haqqında yanlış təsəvvürlərə malik insanlara təsir edir, onları da belə hərəkətlərə sövq edir. 

Cəmiyyətdə hüquqa və davranış qaydalarına meydan oxuyan belə şəxslər qanun qarşısında cavab verməsə, bu bədnam hərəkəti təkrar etmək istəyənlər meydana çıxa bilər. Eyni zamanda  hər kəs bilməlidir ki, kimsə qanunlardan üstün deyil. Hüquqi cəmiyyət hər kəsin qanun qarşısında bərabər olduğu cəmiyyətdir. Azərbaycan hüquqi dövlət olduğu üçün belə əməllər cəzasız qala bilməz.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti