27-11-2024, 17:30
25-11-2024, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
2020-ci il noyabrın 25-i Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident Cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Azərbaycanın dilbər guşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən dörd il ötür. Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə şanlı Ordumuz Ermənistanı kapitulyasiya aktını imzalamağa və əraziləri boşaltmağa məcbur etdi. 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edildi. Kəlbəcər işğaldan azad edildikdən sonra məhv olmuş bütün tarixi abidələri bərpa edilməyə başlandı.
1993-cü il aprelin 2-də Kəlbəcər rayonu işğal olunmuşdu. 1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini təxliyə edilmişdi. İşğal nəticəsində 511 dinc sakin öldürülmüş, 321 nəfər əsir götürülmüşdür. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuş, işğal zamanı Kəlbəcər rayonuna böyük ziyan vurulmuşdur. Ermənilər 1990-cı illərin əvvəllərində torpaqları işğal edərkən şəhər və kəndlərimizi dağıtmışdılar.
2021-ci il avqustun 16-da Prezident İlham Əliyev Kəlbəcər şəhərində Dövlət Bayrağını ucaltdı. Kəlbəcər rayonunda aparılan nəhəng quruculuq işləri diyarın gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”dan xəbər verir.
Kəlbəcər rayonu, eləcədə bütövlükdə işğaldan azad edilmiş doğma Qarabağımızın hər bir bölgəsi tarixin yaddaşına yazılacaq və gələcək nəsillər bu möhtəşəm qələbəni qürur hissi ilə yad edəcəklər.
Fərid Rzayev
Suraxanı RİHB-nın Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndənin səlahiyyətlərini müvəqqəti icra edən, Yeni Suraxanı qəsəbə nümayəndəsinin müaviniSozcu.info