8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Selcan Hacaoğlu
"Bloomberg”
Müasir Türkiyə tarixində ən böyük seçki baş nazir vəzifəsinin ləğvi və siyasi hakimiyyətdə Rəcəb Tayyip Ərdoğanın mütləq prezidentliyinin bərqərar edilməsi ilə nəticələnəcək. İyunun 24-də keçiriləcək erkən seçkilər Ərdoğanın təxminən bir əsrlik parlament üsul-idarəsini devirmək səylərini tamamlayacaq.
İndi sual budur: Hər hansı bir müxalif namizəd Ərdoğana meydan oxuya bilərmi?
Bu seçkilərin özəlliyi nədir?
Ötən il Ərdoğan Türkiyəni parlamentar demokratiyadan icra başçılıq sisteminə çevirən Konstitusiya dəyişikliyi paketinə ictimaiyyətin razılığını alıb. Bu dəyişikliklərə əsasən, yenilik növbəti prezident seçkilərində qüvvəyə minməli idi. O, 2019-cu ilin noyabr ayına planlaşdırılmışdı, lakin Ərdoğan aprelin 18-də Türkiyədə parlamenti və prezidentliyə növbədənkənar seçkiləri elan edərək çoxlarını çaşdırıb.
Ərdoğanın hakim Ədalət və İnkişaf Partiyası (ya da AKP) təxminən 16 il içində heç vaxt növbədənkənar seçki keçirməyib.
Növbədənkənar seçkilərə səbəb nə idi?
Ərdoğan "bölgədəki tarixi əhəmiyyətli inkişaflar və Suriyada həyata keçirilən sərhəd əməliyyatı”nı əsas gətirib, Türkiyənin Suriyada və İraqda separatçı kürd qrupları və İŞİD-ə qarşı hərbi kampaniyaya istinad edib.
Bir çox analitik növbədənkənar seçkini proqnozlaşdırmışdı: iqtisadi böhranın daha da pisləşməsi Ərdoğanın yenidən seçilmə istəyini riskə alırdı, buna görə də seçki tarixini dəyişdirməyi təklif edəcəyi əvvəldən bəlli idi.
Seçkilər fövqəladə vəziyyət dövründə siyasi rəqiblərin kütləvi təmizlənməsi, müxalifətə qarşı ciddi ittihamların irəli sürülməsi, bir çox müstəqil və ya müxalif xəbər mənbələrinin aradan qaldırılması şəraitində keçiriləcək.
Ölkə dünyanın ən böyük jurnalisti həbsxanasına çevrilib.
Seçkidən sonra nə baş verəcək?
Türkiyənin parlament sistemi sürətlə prezident sisteminə çevriləcək. Yeni seçkilərin keçirilməsi və eyni zamanda, yüksək vəzifəli şəxslər təyin edilməsi, büdcənin hazırlanması, parlamenti buraxmaq icra hakimiyyəti başçısının səlahiyyətlərinə daxildir. Nazirlər və bəzi üst hakimlərin təyinatı da. Hərbi vəziyyət, fövqəladə vəziyyət elanı, əsas hüquq və azadlıqları məhdudlaşdırmaq da prezidentin prereqativləri sırasındadır.
Ərdoğan qalib olacaqmı?
Bir sıra sorğulara görə, o, ilk turda zəfər qazanmaq üçün 50 faizdən çox qazana bilər. Ərdoğan Türkiyənin ən populyar siyasətçisi olaraq qalır və ikinci tura qaldıqda belə, şansları yüksəkdir.
Əvvəllər baş nazir və indi prezident kimi Ərdoğanın rəhbərliyi iqtisadi irəliləyişlərə nail olub.
Bu seçki üçün hökumət qanunları dəyişdirdikdən sonra millətçi müxalifət partiyası MHP də ittifaq qurmaqla, onu dəstəkləyib.
Sürətli seçkilər müxalifətə namizədləri təyin etmək və strategiya hazırlamaq üçün qısa vaxt verir. Səsvermənin ədalətliliyi və etibarlılığı ilə bağlı qorxu seçki qanunvericiliyinə dəyişikliklər nəticəsində daha da güclənib.
Seçkidən əvvəl Ərdoğanın partiyasına səs verməsindən ötrü minlərlə türkə xüsusi çeklər verilib.
Seçki qaydaları necə dəyişib?
Ərdoğan partiyaların bir araya gəlməsinə icazə verən qaydalar qəbul etdirib. Bu, MHP-yə – millətçi müttəfiqlərə məclisdə oturmaq üçün lazım olan (10 faizlik seçki barajının altına düşməsin deyə) xeyir-duadır.
Dəyişikliklər, həmçinin seçki məntəqələrində partiya müşahidəçilərini ləğv edilməsi, hakimiyyət orqanlarının vəzifəli şəxslərinin məntəqələrə sədr təyin edilməsi və ya təhlükəsizliyə uyğun olaraq hüquq-mühafizə orqanları əməkdaşlarını məntəqələrə yerləşdirilməsi və vəzifəli şəxslərin səsvermə prosesinə nəzarət etməsinə imkan verəcək – 2017-ci il referendumunun nəticəsi.
Hökumət bu dəyişikliklərin Türkiyənin cənub-şərqində səsverməni kürd separatçılarının təsirindən qurtulması üçün lazımlı olduğunu söyləyib.
Parlamentin aqibəti necə olacaq?
Yeni icra hakimiyyətinin məhdud nəzarətinə baxmayaraq, o, işini davam etdirəcək. 550 yox, 600-dən çox üzvü olacaq və prezident, müavinləri və ya nazirlərlə bağlı istintaq aparmaq üçün ən azı 360 səs tələb olunacaq. (Bir araşdırma halında, prezidentin seçkilərə qatılmasına icazə verilməyəcək.)
400 səslə Məclisin başçısı iddianı ölkənin ali məhkəmə orqanına göndərə bilər.
Üstəlik, parlament prezidentin elan etdiyi fövqəladə vəziyyəti qısaltmaq, genişləndirmək hüququnu saxlayır.
Prezidentlik müddəti nə qədərdir?
İki ardıcıl beş il müddətində, ancaq ikinci dövrdə parlamentə növbədənkənar seçki keçirilsə, bu boşluqda üçüncü müddətə icazə verilir. Bunun baş verəcəyi təqdirdə, Ərdoğan 2003-cü ildə baş nazir vəzifəsindən tutmuş indiki prezident qismində 2029-cu ilə qədər Türkiyənin hakimi ola bilər.
Seçkilər maliyyə bazarlarına necə təsir edir?
İnvestorlar "18 aylıq itkiyə” qədər olan siyasi qeyri-müəyyənlik dövrünü qısa müddətdə adladılar. Ərdoğanın erkən seçkilər elanından sonra beynəlxalq valyuta və Türkiyə bazarları hələ ki sabitdir. Ancaq Türkiyənin daha yüksək qlobal faiz dərəcələrinə zəifliyi və iqtisadi siyasətin keyfiyyəti ilə bağlı narahatlıqları nəzərə alaraq, bu, qısa müddətli sabitlikdir.
Tərcümə: Strateq.az