Tramp administrasiyasının Tehrana qarşı informasiya müharibəsi:MƏQSƏD TEHRANIN DAVRANIŞINI, YOXSA REJİMİ DƏYİŞMƏKDİR?

Tramp administrasiyasının Tehrana qarşı informasiya müharibəsi:MƏQSƏD TEHRANIN DAVRANIŞINI, YOXSA REJİMİ DƏYİŞMƏKDİR?

 

Nahal Tusi

"Politico”

 

Yeddi il bundan əvvəl Obama administrasiyası iranlılar üçün "virtual ABŞ səfirliyi”ni açmışdı. O, Amerika demokratiyası və mədəniyyət mübadilələri haqqında məlumat verirdi. Bu günlərdə veb-sayt fərqli mesajlar göndərir.

İran mənşəli amerikalıların profilləri ilə dolu olmaq və müsəlman bayramlarında prezident təbriklərini çatdırmaq əvəzinə, o, İran əleyhinə son ABŞ sanksiyalarını təqdim edir, İran liderlərinin bəyanatlarını məsxərəyə qoyur və İranda həbs edilən şəxslərdən söhbət açır. Bu pəncərə prezident Donald Trampdan istinad edir: "İran rejimindən ən çox zərər çəkən öz xalqıdır”.

Virtual səfirliyin ahəng dəyişməsi Tramp administrasiyasının Tehrana qarşı informasiya müharibəsi başlamasına bariz misaldır.

Ötən il ərzində respublikaçı administrasiya sosial media "hashtag”larından tutmuş prezidentin çıxışlarına qədər İranın islamçı liderlərini "kötəkləmək” və İran xalqının öz hökumətdən şikayətlərini dəstəkləmək üçün müxtəlif kommunikasiya vasitələrindən faydalanıb. Amerika və onun rəhbərlərinin şad-xürrəm görünüşünü təbliğ eləmək üçün Obama administrasiyasının yaratdığı farsdilli "Twitter” hesabı indi İran liderlərini istehza və tənqid etməkdən ötrü istifadə olunur.

Noyabrın 1-də Trampdan xəbərdarlıq gəlib: Bazar ertəsi günündən İran nefti ilə bağlı sanksiyalar qüvvəyə minir. Prezident "Taxt oyunları”nın nümayiş posterinə bənzər bir şrift və şüardan istifadə edərək, "Sanksiyalar gəlir, 5 Noyabr” sözləri ilə tvit atıb.

Xarici siyasət mütəxəssislərinin fikrincə, ABŞ-ın hazırkı informasiya kampaniyası ən böyüyüdür. Hətta Trampın bəzi tənqidçiləri mesajlaşma elementini son dərəcədə yaradıcı və intensiv hesab edir.

Barak Obama dövründə Milli Təhlükəsizlik Şurasının sözçüsü olmuş Ned Prays qəzəbli Tramp obrazının dağıdıcı olduğunu bildirib: "Təsiredicidir”.

İranın terrorçu fəaliyyət göstərdiyini iddia edən xəbərdarlıqlardan başqa, su çatışmazlığı və havanın çirkliliyi, ölkə liderlərinin maliyyə korrupsiyasına bulaşması, İran həbsxanalarına atılanların tükürpədici hekayətləri də kampaniya çərçivəsindəki təbliğatda yer alıb.

Prezidentin köməkçiləri informasiya kampaniyasının İran rejiminin davranışını dəyişdirməyə və "normal” bir ölkə kimi hərəkət etməsi üçün təzyiq göstərməyə kökləniblər. Noyabrın 5-də qüvvəyə minən sanksiyalar da daxil olmaqla, bu tezislər çoxtərəfli səylərin bir hissəsidir.

Tramp may ayında, Avropa və digər ölkələrin etirazlarına baxmayaraq, İranla nüvə razılaşmasından çıxandan ritorik söyüş güclənib. Dövlət katibi Mayk Pompeo "Foreign Affairs”-də İran siyasətinə dair yazdığı məqalədə qeyd edib: "Tramp administrasiyası rejimin qanunsuz gəlir axınlarını kəsməyə davam edəcək”.

İran liderlər tez-tez ABŞ hökumətinə daş atırlar, məsələn, bu yaxınlarda Səudiyyə Ərəbistanının Camal Xaşuqcini "Amerikanın dəstəyi ilə” cəzalandırılması iddiası kimi. "Facebook”, "Twitter” və "YouTube” son aylarda manipulyasiya etmək, anti-İsrail və pro-İran hekayətlərinin qarşısını almaq üçün İranla əlaqəli çox sayda hesabları qapadıb.

Dövlət Departamenti informasiya kampaniyasını müzakirə etməkdən imtina edib və ABŞ-ın kəşfiyyat rəsmiləri oyunda hansı gizli əməliyyatların oynanıldığını açıqlamırlar. Lakin Dövlət Departamentinin səyləri ilə tanış olan sabiq bir rəsmi ümumi rəhbərlik strategiyasının olmadığını söyləyib.

Ötən ay, məsələn, Tramp və Pompeo 1983-cü ildə Beyrutda amerikalıların bazasında törədilən partlayışın ildönümündən İranı cəzalandırmaq üçün istifadə edib. "Hücum İranın qurduğu "Hizbullah” tərəfindən icra edilib”, – deyən Tramp kimi, keçmiş administrasiyalar da həmin ildönümünü qeyd ediblər. Lakin Tramp bundan "Hizbullah”a qarşı yeni sanksiyalar tətbiq etmək üçün yararlanıb və Dövlət Departamenti virtual səfirlik saytında bu haqda məlumatlar yerləşdirib.

Keçmiş ABŞ administrasiyaları – Respublikaçı və Demokratlar – İran hökumətindən yan keçərək birbaşa gənclərə və yadfikirlilərə müraciət etməyi üstün tutub.

İranı "şər oxu”nun bir hissəsi kimi qeyd edən və demokratiyanın inkişafını xarici siyasətinin əsas hissəsi sayan respublikaçı Corc Buş administrasiyası "Radio Farda”-nı işə salıb. Bu teleradio yayımçısı İranın dövlət nəzarətində olan, Amerika əleyhinə təbliğat aparan KİV-lərdən fərqli olaraq, ABŞ-ın daha dəqiq görünüşünü təqdim etməyə çalışıb.

Demokrat Obama nüvə proqramının məhdudlaşdırılması müqabilində İran əleyhinə sanksiyaların qaldırılmasına səy göstərib. Müqavilə 2015-ci ildə Çin, Rusiya və Avropa İttifaqının dəstəyi və köməyi ilə əldə edilib.

Virtual səfirlikdən başqa, Obamanın köməkçiləri Tehran hökumətinə hədsiz dərəcədə sərtlik göstərmədən iranlıları ABŞ demokratiyası ilə tanış etmək üçün fars dilində "Twitter” hesabı, @USAdarFarsi-ni işə salıblar.

Tramp dönəmində @USAdarFarsi hesabında iranlı liderləri tənqid edən və onlara qarşı yönəlmiş sıravi iranlıları tərifləyən faktlar, rəqəmlər və hətta cizgi filmləri yerləşdirilir. O, İranın rejiminin dünyanın digər yerlərində proksilərə göndərdiyi pulun – İran xalqına xərclənə biləcək pulun qədərini hesablayır.

Profildə hökumət tərəfindən saxlanılan iranlı müxaliflərə, o cümlədən Həngamə Şahidi, jurnalistlər və siyasi fəallara da yer ayrılır. Bu tvitlər #PrisonersofIran haştaqı ilə verilir.

Müxtəlif platformalarda təkrarlanan personajlardan biri ABŞ Dövlət Departamentinin İran üzrə xüsusi nümayəndəsi Brayan Hukdur. O, informasiya kampaniyasının bir hissəsi olan İran Fəaliyyət Qrupunun rəhbəridir. Huk müntəzəm olaraq İran liderləri əleyhinə çıxışlar edir.

Pompeo da informasiya kampaniyasında tez-tez iştirak edən ABŞ rəsmisidir. Dövlət katibi öz "Twitter” hesabını davamlı sancmalarla İrana qarşı istifadə edir.

Trampın köməkçiləri İran diasporunu da öz tərəflərinə çəkmək istəyirlər. İyul ayında Pompeo xüsusi dəvət olunmuş İran mənşəli amerikalılar qarşısında çıxış edərək rejimin sui-istifadələrini, o cümlədən İranın din xadimlərinin maddi aktivlərini açıqlayıb.

"Bu ikiüzlü müqəddəslər, xalq əziyyət çəkən zaman, dünyanın ən zəngin adamlarından birinə çevrilmək üçün hər cür əyri sxemlərdən faydalanırlar”.

Tramp administrasiyası "Amerikanın Səsi” və "Radio Farda”-ya nəzarət edən Qlobal Media Agentliyi tərəfindən farsdilli yayım qurğularının genişləndirilməsi təklifini də irəli sürüb. "VOA 365” təşəbbüsünün rəsmi olaraq yanvar ayında fəaliyyətə başlayacağı gözlənilir.

Zahirən məqsəd İran xalqında liderlərindən narazılıq yaradaraq, rəsmi Tehranı dünya səviyyəsində daha çox şər qüvvə halına gətirməkdir. Lakin kampaniyanın nə qədər uğur qazandığı mücərrəddir.

Tehranın rəqəmsay blokadasını nəzərə alaraq, Qlobal Media Agentliyi hesab edir ki, iranlıların 23,4 faizini həftəlik olaraq bütün dillərdə və media platformalarında əhatə edə bilir.

@USAdarFarsi hesabı da qeydlərini təqribən iki dəfə artırıb. Ancaq İranda "Twitter” qadağan edilib.

Bəzi analitiklər deyir ki, Tramp administrasiyasının Tehrandakı rejimi dəyişmək çağırışı iranlıları dolaşığa sala bilər. Administrasiya rejimin davranışını dəyişməsini istəyir, lakin ekspertlər bildirir ki, bu tələblər Tramp komandasının Tehranda fərqli bir hökumət istəməsinə işarədir.

Tramp administrasiyasının mesajı iranlılarda rejim dəyişikliyindən ölkənin Liviya və Yəmən kimi xaotik döyüş sahəsinə çevrilmə qorxusu yaradır. "RAND Corp.”-un analitiki Arian Təbatəbai deyir: "İranlı qadın düşünür ki, tutalım, idi baş örtüyü olmadan evdən çıxa bilmirəm, amma hər halda indi başıma bombalar düşmür”.

Bəzi iranlılar Trampın mesajlarını ikiüzlü sayır. Axı İran xalqının Amerika torpaqlarına ayaq basmasına qadağan edən də odur.

Kampaniyanın Trampın daxili siyasi əsnada, o cümlədən İranın Yaxın Şərqdə nüfuz artımından qorxan mühafizəkar İsrail tərəfdarı qruplara yönəldildiyini bildirənlər də var. Bir neçə ekspert, həmçinin Tramp komandası tərəfindən istifadə olunan məlumatların düzgünlüyünü, o cümlədən İranın nüvə müqaviləsi ilə əldə etdiyi maliyyə aktivlərinin çoxunu terrorizmin maliyyələşdirilməsi üçün istifadə etdiyinə şübhə edir.

Ned Prays deyib: "Məncə, bu ssenari yanlışdır, onun səhv və hətta aldadıcı olduğuna inanıram”.

 

Tərcümə: Strateq.az



Oxşar Xəbərlər

Xəbər lenti