SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Bu sürücülər kəmər taxmaya bilər
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Əvvəlki
Sonrakı
İrandan sonra növbəti hədəfini açıqladı
16-06-2026, 09:32
Milli Qurtuluşdan tarixi zəfərə
15-06-2026, 11:07
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
12-06-2026, 21:58
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
11-06-2026, 21:19
Xameneinin harada dəfn olunacağı açıqlandı
8-06-2026, 22:05
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
“Putin də Ərdoğandan çəkinir, sual veriləndə dedi ki...”
- Müsahibə
Sozcu.info politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a
müsahibəsini təqdim edir:
Ad - 00:16
ƏTRAFLI
skoda.az
- Avropa Birliyindən çıxma prosesini tam başa çatdıran İngiltərə və Türkiyə arasında sərbəst ticarət anlaşması imzalanıb. Görünən budur ki, İngiltərə geosiyasi oyunçu kimi yenidən meydana qayıdır. Bu qayıdış dünyanın geosiyasi mənzərəsinə necə təsir göstərəcək?
- Tarixdə İngiltərə və Türkiyə arasında gərginlik olub, amma son illər tərəflər arasında yaxınlaşma hiss edilir. Britaniya Avropa Birliyinin üzvü olanda Almaniya və Fransadan fərqli olaraq, Türkiyənin bu quruma üzvlüyünü dəstəkləyirdi. Britaniya Avropa Birliyindən çıxdıqdan sonra da, Türkiyə ilə yaxınlaşmağa çalışır.
Britaniyanın Azərbaycanla münasibətləri də istidir. Qarabağ müharibəsində Almaniya və Fransadan fərqli olaraq, Britaniyadan Azərbaycan əleyhinə açıqlamalar verilmədi. Əksinə, BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən dördü Azərbaycan əleyhinə sənəd qəbul edəndə, Britaniyanın sözügedən qurumdakı daimi nümayəndəsi buna veto qoydu. Yəni Azərbaycana dəstək ifadə etdi. Müharibədən bir gün əvvəl də, Böyük Britaniyanın Baş naziri Boris Consonla Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olmuşdu.
Artıq Türkiyə və Britaniya arasında xüsusi bir anlaşma imzalanıb. Bu o deməkdir ki, Britaniya Avropa Birliyindən fərqli siyasət yürüdəcək, Türkiyə ilə yaxınlaşmağa çalışacaq. Bu, Türkiyənin də maraqlarına cavab verir. Çünki Böyük Britaniya sıradan bir dövlət deyil, ABŞ-ın əsas müttəfiqlərindən biridir. Buna görə də düşünürəm ki, yaxın gələcəkdə Türkiyənin xarici siyasət prioritetlərindən biri də Britaniya ilə yaxınlaşma olacaq.
- Bəs İngiltərənin fəallaşması Azərbaycana nə vəd edir? Qeyd etdiyiniz kimi, Vətən müharibəsində Azərbaycanın əsas dəstəkçilərindən birinin İngiltərə olduğu bildirilmişdi.
- Böyük Britaniyanın Azərbaycanda xüsusi maraqları var. Biz tarixən də Britaniya ilə sıx əlaqələrdə olmuşuq. Yüz il əvvəl ingilis qoşunları Bakıda olub. 1918-ci ildəki birinci gəlişləri Azərbaycanın əleyhinə olubsa, 1920-ci ildə ikinci gəlişlərində general Tompson Azərbaycan Xalq Cümhuriyyətinin rəsmiləri ilə sıx əlaqələr qurub. Tompson Cümhuriyyətin inkişafında maraqlı olub. Yəni bizim Britaniya ilə tarixi əlaqələrimiz var. Britaniyanın bu bölgədə böyük geosiyasi maraqları olub.
İngiltərənin ən böyük şirkəti olan “Britiş Petrolium” (BP) İranda yaranıb, İranda xüsusi maraqları olub. Azərbaycan müstəqil olduqdan sonra bu maraqları Azərbaycana keçirib. Burada milyardlarla dollarlıq yatırımları var, böyük layihələr həyata keçirilir ki, bunların əsas iştirakçısı BP-dir. Buna görə də, Böyük Britaniya bu şirkətin maraqlarını da nəzərə almalıdır. Bu baxımdan, Azərbaycanla sıx əlaqələrə üstünlük verməli, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməlidir. Bu, Azərbaycan və Böyük Britaniyanın işinə yarayır.
Düşünürəm ki, gələcəkdə Britaniya-Azərbaycan əlaqələri sıx inkişaf edə bilər. İndi Azərbaycanın əsas hədəfi işğaldan azad edilmiş rayonların bərpası, infrastrukturun bərpasına başlamaqdır. Biz bunlara milyardlarla dollar vəsait xərləyəcəyik. Mümkündür ki, bu işdə Britaniya şirkətləri də yer alsın. Kim ki, müharibə günlərində Azərbaycana dost münasibəti sərgiləyib, o ölkənin şirkətlərinə üstünlük verilir. Bu sırada Britaniya ilə yanaşı, Türkiyə, İtaliya, Ukrayna və Gürcüstanın adını çəkə bilərik. İranın da müəyyən şirkətləri iştirak edə bilər. Amma Fransa Azərbaycan əleyhinə açıqlamalar verdiyindən, onun buradakı mövqeləri xeyli zəifləyib. Bu, Makronun ən yanlış siyasi qərarı idi. Amma Britaniya Azərbaycana dəstək verməklə, gələcəkdə bu layihələrdə pay da qazanmış olacaq.
- Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdə Azərbaycan sərhədlərinin təhlükəsizliyi məsələsi müzakirə edilib. Sizcə, belə bir müzakirəyə zərurət yaradan amillər nələrdir?
- Çavuşoğlu-Lavrov görüşü zəruri idi. Çünki Rusiya və Türkiyə bölgənin iki əsas gücüdür, son proseslərdə də əsas rolu ikisi oynayıb. Ermənilər bunu qəbul edib-etməməsi, onların öz problemidir. Suriya və Liviyada olduğu kimi, Cənubi Qafqazda da Rusiya-Türkiyə formatı yaranıb. Artıq Rusiya Cənubi Qafqazda Türkiyə faktorunu qəbul edir. Təsadüfi deyil ki, müharibə günlərində Türkiyə prezidenti, xarici işlər və müdafiə nazirləri dəfələrlə rusiyalı həmkarları ilə telefonda danışıblar.
Türkiyə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Artıq türk hərbçiləri bölgəyə gəlməyə başlayıb. Demək ki, bu məsələlər Türkiyə ilə təmaslarda müzakirə olunur. Üstəgəl, bizim rusiyalı hərbçilərin fəaliyyətlərindən narazılığımız var. Rusiyalı hərbçilər separatçılarla əlaqələrini genişləndirirlər, şəkillər çəkdirirlər, separatçıların bayraqları altında çıxışlar edirlər. Ən əsası da, rusiyalı hərbçilər separatçıları və terrorçuları tərksilah etmirlər. Bunlar Azərbaycan kimi, Türkiyəni də narahat edir. Buna görə də, Lavrov-Çavuşoğlu görüşündə bu məsələlərin də müzakirə olunduğunu düşünürəm.
Bir neçə gün əvvəl Xocavənddə meşədə gizlənmiş terrorçular əsgərlərimizi şəhid etdilər. Bu məsələ də qaldırılmalıdır ki, onlar niyə tərksilah olunmur. Sərhəd məsələsi həllini tapmalıdır. Üstəgəl, müharibədə qələbə qazanan Azərbaycan böyüklük göstərərək Ermənistana əl uzadır. Yəni Ermənistan Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından vaz keçərsə, hər iki ölkə ilə əməkdaşlıq edə bilər. Düşünürəm ki, bu məsələlər də Çavuşoğlu və Lavrov arasında müzakirə edilib. Rusiyanın Ermənistana təsir imkanları var, bunları ona başa salmalıdır. Amma Ermənistan anlamayacaqsa və revanşist əhval-ruhiyyədə qalacaqsa, regional əməkdaşlıq formatlarından kənarda yer alacaq.
- Niyə Rusiyanın Qarabağa göndərdiyi sülhməramlılar açıq şəkildə separatizmi dəstəkləyən mövqe tutdu? Rusiyanın baş qərargah rəisi Valeri Gerasimov da açıq şəkildə dedi ki, sülhməramlıların əsas işi bölgədəki erməniləri qorumaqdır.
- Erməniləri bu bölgəyə vaxtilə çar Rusiyası köçürüb. Separatizm ocağını yenə də Rusiya yaradıb. 1987-ci ildə Dağlıq Qarabağdakı erməniləri Xankəndindəki sovet hərbi bazaları silahlandırmışdı. Təəssüf ki, bu siyasət bu gün də davam edir. Guya Laçın dəhlizində post qurublar. Amma gələn xəbərlərə görə, oradan müəmmalı yüklər daşınır. Bunun qarşısının alınmasının yolu da, Türkiyə və Azərbaycan arasında hərbi müttəfiqliyin gücləndirilməsindən keçir. Rəsmi qaydada Türkiyə hərbi qüvvələri və hərbi bazaları Azərbaycanda yerləşdirilməlidir ki, Rusiya qarşısında Azərbaycanla yanaşı, Türkiyə kimi böyük bir gücü də hiss etsin. Çünki Rusiya Türkiyədən çəkinir. Təsadüfi deyil, Putinə sual veriləndə dedi ki, “Mənim Ərdoğana böyük hörmətim var, kişi adamdır, verdiyi vədi yerinə yetirir”. Yəni Putinin özü də Ərdoğandan çəkinir.
Biz bu amildən öz məqsədlərimiz üçün istifadə etməliyik, Türkiyə ilə hərbi ittifaqı gücləndirməliyik, türk hərbi qüvvələrini Dağlıq Qarabağda yerləşdirməliyik. Çünki rusiyalı hərbçilər boşluqdan istifadə edərək, erməni separatçılarına dəstək verirlər və bundan yararlanmağa çalışırlar. Biz bu boşluğu Türkiyə ilə birlikdə doldurmalıyıq ki, separatçılara geniş fəaliyyət göstərmələri üçün imkan verməyək, rusiyalı hərbçilərə öz yerlərini göstərə bilək. Bu məsələləri həll etmək bizim üçün çox vacibdir.
- Rusiyadan son günlərdə Qazaxıstan, Azərbaycan və Ukrayna ilə bağlı verilən açıqlamaları necə qiymətləndirirsiniz?
- Qazaxıstan Rusiya əleyhinə heç bir addım atmayıb, amma ard-arda onun əleyhinə açıqlamalar verirlər. Şübhə etmirəm ki, bu gün Belarusda hakimiyyət dəyişikliyi olsa, bu ölkəni də parçalayarlar.
Demək ki, Rusiyaya müttəfiq və tərəfdaş yox, Ermənistan kimi vassal lazımdır. Amma Ermənistan bu vassallıqdan heç nə qazanmır – məğlub olur, darmadağın olur. Rusiya bu siyasəti davam etdirdikcə, dostlarının yox, düşmənlərinin sayını artıracaq. Rusiyanın dostu kimdir? Belarusdur, ondan ehtiyat edir. Qazaxıstandır, onu hədələyir. Ermənistan belə Rusiyadan çəkinir, görür ki, onun dadına çatmır. Çinin adını çəkə bilərik, amma onun da Rusiya ilə maraqları üst-üstə düşmür.
Rusiya hamıya yuxarıdan aşağı baxır, hamını əzməyə çalışır, sepratizmə dəstək siyasəti isə Rusiyanın problemlərini artıracaq. Bu dövlətlər Rusiyaya qarşı təşkilatlanacaqlar, güclənəcəklər ki, bu təhlükədən özlərini qurtara bilsinlər. Bu siyasət qonşu ölkələrə təhlükə vəd etsə də, bu, Rusiyanın özü üçün də təhlükələr yaradır. Rusiya bu siyasətlə dost yox, özünə düşmən və rəqib qazanır.
Oxşar Xəbərlər
“Trampın tələbi NATO-nun parçalanmasına aparan gediş olmayacaq” - POLİTOLOQ
Putin Təhlükəsizlik Şurasının təcili iclasını keçirib –“Diplomat böhranı” müzakirə olunub
TRAMPIN SİYASƏTİ ANKARA VƏ BERLİNİ YAXINLAŞDIRIR –Türkiyə və Almaniya bir-birinə çox ehtiyaclıdır - TƏHLİL
İspaniya klubları “Qarabağ”ı sıxışdırdı
Xəbər lenti
SON DƏQİQƏ!
Prezident onları TƏLTİF ETDİ
65 yaşı tamam olan həkimlərə şad xəbər
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
"Arvadım telefona gec cavab verdi deyə onu döydüm"
Bu ərazilərdə qaz olmayacaq
Kürdəmirdə qəza: xəsarət alanlar var
Rusiya və İran arasında böyük RAZILAŞMA:
2 aydan sonra BAŞLAYIR
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Bu məhsullar vergidən azad olundu
G7 liderlərindən Ukraynaya böyük dəstək:
Rusiyaya qarşı sərt sanksiyalar gəlir
Magistratura imtahanlarında ölkə birincisi məlum oldu
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Bu sürücülər kəmər taxmaya bilər
Əməkdar artist canlı yayımda ölüm xəbəri aldı
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Nazirlər Kabinetindən aqrar sektorla bağlı QƏRAR
Əli Əsədov bu qərarı TƏSDİQLƏDİ
Prezident Administrasiyasında Asim Mollazadə ilə görüş keçirildi
Sələmə pul verən qadını öldürən qazi imiş... -
Qumarda 50 min manat uduzub
Leyla Əliyeva Almaniyada UNFCCC-in icraçı katibi ilə görüşdü
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri
Moskva ətrafında təxminən 60 PUA zərərsizləşdirilib
Məhərrəm ayı başladı
İrandan sonra növbəti hədəfini açıqladı
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı
Sumqayıtda iş adamınıa qarşı 600 min manatlıq şantaj əməliyyatı...
- Təfərrüat
AÇIQLAMA – Tarix də açıqlandı
“İranla saziş əldə edildi, hamını təbrik edirəm!”
Koçaryanın saxlanılma anı sosial şəbəkədə yayıldı
-VİDEO+FOTO
Milli Qurtuluşdan tarixi zəfərə
Müharibə bitir: ABŞ və İran yekun sülhə razılaşdı
Green
10 tona yaxın çətənə kolu məhv edilib
-DİN
Mask tarixdə ilk dollar trilyoneri oldu
-Yenilənib
Bu şəxslər üçün quru sərhədləri açılacaq? -
ÇAĞIRIŞ EDİLDİ
Zəngəzurda yeni savaş: Rus ordusu məşhur kəndə girişi bağlayıb
Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub
-Foto
BAKIDA İŞ SAATLARI DƏYİŞDİRİLİR
- Nəqliyyat sıxlığına necə təsir edəcək?
Azərbaycandan Ermənistana 17 vaqon dizel göndərildi
“Ruslar şoka düşmüşdülər ki, cəsədləri necə çıxarmışıq”
-VİDEO
1 həftə sonra məzun olacaqdı...
-Foto
Trampın İran siyasətinə etirazlar artır
Bakıda polis ƏMƏLİYYAT KEÇİRDİ
-ANBAAN GÖRÜNTÜLƏR
TƏCİLİ! Rus ordusu Zəngəzurda hərəkətə keçdi:
Meğri istiqamətində NƏ BAŞ VERİR?
SON DƏQİQƏ! Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT
: ONLAR SAXLANILDI
Avtoxuliqanlıq edən sürücü HƏBS EDİLDİ
CƏLAL QURBANOV ONU SİFARİŞLƏ SÖYDÜRƏN ŞƏXSLƏRDƏN BİRİNİN ADINI AÇIQLADI...
-Jurnalist Aynurə Pənahqızının yazısına reaksiya
Əli Əsədov yeni qərar İMZALADI
DYP-dən “Son zəng” tədbirləri ilə bağlı MÜRACİƏT
Bakıda qadın sürücü piyadanı vuraraq ÖLDÜRDÜ
TƏCİLİ:
İran 3 ölkəni BALLİSTİK RAKET ATƏŞİNƏ TUTDU
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
Trampın İran siyasətinə etirazlar artır
SOSİAL
1
2
3
4
5
6
Qadınların pensiya yaşı ilə bağlı SON XƏBƏR:
İyulun 1-dən etibarən ...
Bu ərazilərdə qaz olmayacaq
Rəvan Qarayev:
“Həyat yoldaşım buna icazə vermir”
Toydan əvvəl bu sənədi imzalayanlar sonradan məhkəmə yollarında qalmır
Veysəloğlu Şirkətlər Qrupu “Süni Zəka Dövründə Liderlik” mövzusunda forum keçirib
-Fotolar
Prezident Şuşada keçirilən beynəlxalq konfransın iştirakçılarına
- Müraciət ünvanladı