8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ prezidenti Donald Trampın Angela Merkellə görüşdə Almaniya kanslerinə 375 milyard dollar məbləğində hesab təqdim etdiyi bildirilir.
O da qeyd olunur ki, bu, NATO-nun Almaniyanın müdafiəsi üçün xərclədiyi vəsaitə dair Berlinin NATO qabağındakı borcudur. Almaniya höküməti tərəfindən də borc tələbinin olduğu təsdiq olunub.
Amerika, İngiltərə və Yunanıstan öz büdcəsinin 2 faizini NATO-ya ödəyir
Mövzu ilə bağlı politoloq Elxan Mehdiyev Hurriyyet.org-a bildirdi ki, NATO ölkələrinin verdiyi ümumi qərara görə, təşkilata üzv olan ölkələr büdcəsinin 2 faizini NATO-nun büdcəsinə keçirməlidir: "Amma hələ ki, 3 ölkədən başqa ( Amerika, İngiltərə, Yunanıstan), digər NATO üzvü olan ölkələrin təşkilatın büdcəsinə ödədiyi maliyyə vəsaiti 2 faizdən çox azdır. Almaniya ilə bağlı irəli sürülən tələb də ondan ibarətdir. Amma alman tərəfi də bildirir ki, NATO-ya əvvəlcədən müəyyən olunmuş üzvlük haqlarını ödəyib”.
Bu, Şərqi Avropa ölkələrinin iqtisadiyyatına təsir edəcək
Mehdiyev nəzərə çatdırdı ki, Amerika prezidenti Trampın bu tələbi əsasən, Şərqi Avropa ölkələri üçün böyük iqtisadi problem yaradır: "Çünki onların son zamanlar hərbi qüvvələrə ayırdığı maliyyə vəsaiti olduqca aşağı səviyyədədir. Bu baxımdan, Şərqi Avropa ölkələrinin iqtisadiyyatına təsir edəcəkdir. Amma düşünürəm ki, Trampın NATO-nun saxlanması üçün tələb etdiyi maliyyə vəsaiti deyilənlər kimi, NATO-nun parçalanmasına aparan gediş olmayacaq.
Hələ yenidən Avropa Birliyi ordusu yaradılarsa, ora da əlavə vəsait xərclənməlidir. Əksinə, NATO-nun məqsədi nəinki Amerikanın, Avropa ölkələrinin təhlükəsizliyini qorumaqdır,. O baxımdan, bu işə avropalılar daha çox həssaslıq göstərməlidir”.
2 faiz qanun deyil, arzu olunan qaydadır
Politoloq qeyd etdi ki, NATO-nun büdcəsinə nə qədər maliyyə vəsaiti keçirilməsi əvvəllər müəyyən olunub: "O prinsiplə Almaniya hökuməti bildirir ki, o xərcləri ödəyiblər. Amma 2 faiz isə qanun deyil, arzu olunan qaydadır. O biri tərəfdən Almaniyanın büdcəsi çox böyük olduğundan 2 faiz NATO-ya ödəniləcək vəsait Şərqi Avropa ölkələrinin tam büdcəsindən artıq olur. O baxımdan, Almaniya bildirir ki, o öz borcunu ödəyib. Ona görə, burada belə paradoks yaranır”.
Şamo, Hurriyyet.org