Prezident İlham Əliyevin VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı

10 mart 2020-ci il tarixində altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclası keçirilmiş, cənab Prezident İlham Əliyev iclasda çıxış etmişdir. Dövlət başçısı çıxışında bildirmişdir ki, ölkədə aparılan islahatlar həm konseptual xarakter, həm də struktur xarakteri daşıyır və kadr islahatları aparılır. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Çünki parlamentin əsas işi qanunvericilikdir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır.
Prezident həmçinin seçkilərin nəticələrinə dair verilmiş obyektiv beynəlxalq qiymətdən danışaraq qeyd etmişdir ki, Avropa İttifaqı seçkilərin keçirilməsi ilə əlaqədar çox obyektiv bəyanat vermişdir. Avropa İttifaqı yeni seçilmiş deputatlarla, Azərbaycan parlamenti ilə işləməyə hazırdır. Verilmiş bu qiymət, əslində, seçkilərin tanınması deməkdir. Bütün siyasi qüvvələrin iştirak etdiyi seçkilər nəticəsində çoxpartiyalı parlament formalaşıb. Altıncı çağırış MilliMəclis çoxpartiyalı məclisdir.
Ölkə başçısı bildirmişdir ki, Siyasi sistemin təkmilləşdirilməsi işində Milli Məclisin çox böyük rolu olmalıdır. Bütün siyasi qüvvələr seçkilərdə iştirak etmişlər. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunur. Sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.

Prezident çıxışına davam edərək, bildirmişdir ki,Siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Genişmiqyaslı islahatlar dövründə siyasi islahatlar mütləq aparılmalıdır. Qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.
Öz çıxışında cənab Prezident İlham Əliyev onu da vurğulamışdır ki, məsuliyyət ən vacib məsələlərdən biridir. Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolu artmalıdır. Hökumət üzvləri də xalqla daha sıx təmasda olmalıdırlar, parlament də daim ünsiyyətdə olmalıdır. Bu təcrübə, həm hökumət üzvlərinin məsuliyyətini artıracaq, həm parlamentin rolu artacaq. Azərbaycan müasir, dünyəvi dövlət kimi güclənməlidir. Dünyəvilik prinsipləri daha geniş bərqərar olmalıdır. Radikalizmə qarşı mübarizə daha geniş aparılmalıdır. Parlamentin rolu burada vacibdir. Azərbaycan xalqı əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır. Əldə etdiyimiz ən böyük uğurlardan biri siyasi sabitlikdir. Siyasi sabitliyin qorunmasında bütün vətəndaşlar fəal iştirak etməlidir. Bu gün həm təhlükəsizlik, həm də sabitlik təmin edilir. Ölkəmizdə xalq sabitlik və təhlükəsizlik şəraitindəyaşayır. Son illərdə Azərbaycanda əldə edilən iqtisadi inkişafın dünyada təkrarı yoxdur.

Prezident İlham Əliyevin dəfələrlə səsləndirdiyi və uğrunda mübarizə apardığı dayanıqlı iqtisadi müstəqillik siyasəti üzərində qurulmuş davamlı siyasi müstəqillikprinsipi ölkəmizə həmişə güc-qüdrət vermiş, yaşadığımız qlobal böhranlardan Azərbaycan Respublikasının dünyanın əksər ölkələri ilə müqayisədə minimum itkilərlə çıxmasına şərait yaratmışdır.

Azərbaycan Respublikasının dünyanın heç bir beynəlxalq maliyyə qurumunun yardımına, dəstəyinə ehtiyac duymadan bütün problemlərin daxili imkanlar hesabına həll edilməsinə nail olması cənab Prezident İlham Əliyevin böyük qələbəsidir. Sonda cənab Prezident İlham Əliyev ölkəmizin müstəqillik yolu ilə bundan sonra da uğurla addımlayacağını vurğulamışdır.

Elçin Seyfullayev

Suraxanı RİHB-nin yanında Bülbülə QİƏD üzrə nümayəndəsi

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti