8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Monoetnik ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycan tolerantlıq nümunəsi ilə tarixən dünyada birgəyaşayış modelinin universal nümunəsi olmuşdur!
Cənab Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızın qazandığı qələbə Azərbaycanı beynəlxalq səviyyədə daha çox tanıtmış, ölkəmizin hərbi -siyasi qüdrətini bir daha bütün dünyaya göstərmişdir. 44 günlük Vətən müharibəsində cənab Prezidentin onlarla beynəlxalq mətbuat orqanlarına verdiyi müsahibələr xalqımızın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rol oynamışdır. Qalib bir Ali Baş Komandan kimi əldə etdiyi uğurları bu gün siyasi səhnədə davam etdirən cənab İlham Əliyev bir neçə gün bundan öncə 4 dildə, 4 saat fasiləsiz keçirdiyi mətbuat konfransında dünya rekorduna imza atmaqla özünün nə qədər güclü, savadlı, hazırlıqlı bir Lider olduğunu bir daha bütün dünyaya göstərmişdir.
Dəmir Yumruqla azad edilən torpaqlarımıza vətəndaşlarımızın qayıdışı üçün gecə - gündüz yorulmadan çalışan liderimiz cənab İlham Əliyev Azərbaycanın çoxmillətli bir dövlət olduğunu, burada yaşayan bütün millətlərin əmin - amanlıq içərisində yaşadığı kimi ermənilərin də bir Azərbaycan vətəndaşı olaraq sülh şəraitində yaşaya biləcəyini dəfələrlə vurğulaması Azərbaycanın nə qədər tolerant bir ölkə olduğunun sübutudur.
Monoetnik bir ölkə olan Ermənistandan fərqli olaraq Azərbaycan bu tolerantlıq nümunəsi ilə tarixən dünyada birgəyaşayış modelinin universal nümunəsi olmuşdur. Belə ki, ölkəmizdə yaşayan bütün millətlər sülh içində yaşayırlar və bərabər hüquqlara malikdirlər.
Bugün bütün dünyanı fəlakətdən qurtaracaq yeganə ümumbəşəri dəyər davamlı sülhdür. Və bu dəyər eyni zamanda regionumuzun gələcək inkişafını təmin edəcək əsas amildir. Birgəyaşayış prinsipi ilə əməkdaşlıq edilməsi, bu əməkdaşlıqla dayanıqlı inkişafa zəmin hazırlanması davamlı sülh üçün atılacaq doğru addımlardır və bu addımların hər biri parlaq gələcəyə xidmət edəcəkdir.
Budo idman növü üzrə Dünya Kubokunun qalibi